“Skype”da danışıqları yadda saxlamaq mümkün olacaq
Tarix: 17.07.2018 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


“Skype” videomessencerinin növbəti yeniləməsində səsli və videozənglərin yazılması funksiyası əlçatan olacaq. Bundan əvvəl danışığın səs yazısını əldə etmək istəyən istifadəçilər kənar, əsasən pullu xidmətlərdən (məsələn, “Avaer”) istifadə etmək məcburiyyətində idilər.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, həmsöhbətlərdən biri danışığı yadda saxlamaq istədikdə digər həmsöhbətə bu haqda bildiriş göndəriləcək. Səs yazıları "bulud" saxlama sistemində saxlanıldığına görə onları istənilən qurğudan (“Windows”, “Mac”, “iOS”, “Android” və hətta “Linux”) dinləmək mümkün olacaq.
“Skype” proqramının yeni versiyası cari ayın sonuna kimi təqdim olunacaq.
Cari ilin yazında “Microsoft” korporasiyası “Android” mobil sistemi üçün “Skype” proqramının yüngül versiyasını təqdim edib. Proqram zəif qurğularda daha yaxşı işləyir, görüntü və səs daha yüksək keyfiyyətdə ötürülür.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Rihanna atasını məhkəməyə verdi
14.01.2019
Qum qasırğası 39 nəfəri xəstəxanalıq edib, yollar bağlanıb
13.01.2019
2500 yaşı olan tapıntı: mayalıların hamamı belə olub
13.01.2019
Dünyanın ən ağıllı ölkələri
13.01.2019
Dünyanın ən uzun təyyarəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info