Ermənistan indi də nicatı Avropada axtarır
Tarix: 17.07.2018 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Ermənilərin 30 faizi isə Avropa İttifaqına güvənmir

Hər şeydən əvvəl xatırladaq ki, Avropa İttifaqı özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşısa da, əslində isə formal olaraq heç biri deyil. İttifaqda bir çox məsələlər bu təşkilata üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir.
Məhz bu mənada təşkilata ilk səfər edən erməni Baş nazir Nikol Paşinyanın bütün «istəklərinin» yeninə yetiriləcəyi ümidi də gülünc görünürdü. Əslində, «inqilab rəhbəri» kimi, “korrupsiya ilə mübarizə” şüarı ilə özünü Avropada təbliğ etməyə can atması da Paşinyana elə bir rəğbət qazandırmadı. Çünki ciddi hökumət formalaşdırmayan Paşinyanın qarşıdakı növbədənkənar parlament seçkilərindən sonra nələr yaşayacağı hələ də sual altındadır. Lakin bütün bunlara baxmayaraq, Paşinyanı hələ ki, baş nazir kürsüsündə oturdanlar və onların havadarları Avropaya can atmaqda israrlıdırlar. Ermənilərin «1in.am» saytının yazdığına görə, ötən gün Avropa İttifaqının Ermənistandakı səfiri Petr Svitalski Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində, keçirilən Avropa siyasəti ilə bağlı Ermənistanın ictimai əhvali-ruhiyyəsində keyfiyyət dəyişikliyini göstərən sorğunun nəticələrini təqdim edib. Sayt sorğunun nəticələrinə istinad edərək, Ermənistanda əhali arasında Avropaya qarşı həssaslığın xeyli dərəcədə artdığını bildirir:
«Beləliklə, bu gün ermənilərin 48 faizi Avropa İttifaqına müsbət, cəmi 8 faizi isə mənfi münasibət bəsləyir. Bu göstərici ortalama 63 faizdən yuxarıdır. Bu gün ermənilərin artıq 70 faizi Avropa İttifaqına etibar edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artım deməkdir». Saytın yazdığına görə, bu gün bu faiz Avrasiya İqtisadi Birliyinə olan inamla müqayisədə çox vacibdir”.
Maraqlıdır ki, bu rəqəmləri təqdim edərkən, səfir Svitalski hələ də Avropa İttifaqına güvənməyən 30 faiz respondenin mövqeyinin də vacib olduğunu dilə gətirib: «Bu göstəricilər Ermənistan üçün son dərəcə vacibdir. Çünki bu səslər xarici siyasət vektorlarını qiymətləndirərkən, cəmiyyətin Qərbə doğru addımlarında artım olduğunu göstərir».
Qeyd edilməlidir ki, sayt erməni cəmiyyətindəki Avropa İttifaqına olan 70 faizlik etibarlılıq göstəricisini Ermənistandakı «inqilabın təntənəsi» kimi qələmə verir. Erməni saytı «inqilabi dəyişikliklər»in artıq ölkədə şüurlara sirayət etdiyini, cəmiyətin gələcək inkişafını Avropa sivilizasiyasında gördüyünü bildirir.
2013-cü ildə Ermənistanın Gömrük İttifaqına, daha sonra isə Avrasiya İqtisadi Birliyinə üzv olmasını ölkənin beynəlxalq nüfuzuna zərbə vurması kimi dəyərləndirən sayt, sabiq rəhbərliyin bu addımını «Ermənistanı dünyanın geriləyən ölkələr klubuna üzv etməklə yanaşı, ölkənin ictimai legitimliyində də ifadəsini tapmadığını» bildirir.
Sayta görə, Ermənistanın uzun illər Rusiya ilə əlaqələrin stereotipi ilə yaşadığını, bu ölkəni özləri üçün əvəzsiz müdafiəçi və təhlükəsizliyin təminatçısı bilən erməni ictimaiyyəti 2013-cü ildə Serj Sarkisyanın birtərəfli qərarına qarşı narazılıq nümayiş etdirmədi: «Lakin artıq son beş il ərzində ictimaiyyət keyfiyyətcə xeyli dəyişib. İndi Ermənistanda Avropa İttifaqına güvənənlərin sayı Avrasiya İqtisadi Birliyinə etimad göstərənlərdən xeyli çoxdur. Bu, bir tərəfdən Rusiyanın Ermənistana qarşı yeritdiyi əlverişsiz siyasəti ilə bağlıdırsa, digər tərəfdən də Avropa strukturlarının daha effektiv işi ilə bağlıdır».
Sayta görə, Ermənistan bu gün nominal mənada Avrasiya İqtisadi Birliyində olsa da, əslində Ermənistandakı ictimai şüur, ölkəni «Avropa ailəsinin bətnində görür». Bu, Ermənistana həm mövcud siyasət, həm də gələcək üçün çox vacibdir: «Mövcud siyasət baxımından bu göstəricilər hakimiyyət orqanları üçün Rusiya və Avrasiya İqtisadi Birliyi arasında manevr etmək üçün böyük imkanlar yaradır» deyə,
yazan sayt məsləhət kimi, Ermənistanın hər hansı bir əlverişsiz qərar qəbul etməsini məqbul bilmir. Sayt digər tərəfdən, bütün bunları xarici siyasət istiqamətndəki ictimai legitimlik göstəricisi üçün son dərəcə vacib sayır: « Bu cür qiymətləndirmələr Baş nazir Nikol Pashinyanın Brüsselə yeni səfəri baxımından da vacibdir».
Yaddaş üçün xatırladaq ki, bir müddət bundan əvvəl, Brüsseləə ilk səfərini edən Nikol Paşinyan Avropa İttifaqını Ermənistanda baş verən radikal dəyişikliklərə baxmayaraq, İrəvana qarşı siyasətini dəyişməməkdə ittiham etmişdi.
Qeyd edək ki, Ermənistanın «ittihamı»na cavab olaraq Avropa İttifaqı Ermənistanda inqilab baş verdiyini etiraf etsə də, İrəvan hakimiyyətinin Brüsselə qarşı, hələ də köhnə münasibətdə qaldığını, yəni heç bir dəyəişikliyin olmadığını bildirib. Avropa dairələrinə görə, Ermənistanda hakimiyyət dəyişsə də, yeni hakimiyyət bu gün də keçmiş xarici siyasət kursunu davam etdirməkdədir.
Ermənistanda baş verən məxməri inqilabdan sonra hökumətin xalqa məxsus olduğunu təntənəli şəkildə qeyd edən sayt erməni cəmiyyətinin Avropa İttifaqına doğru əhəmiyyətli bir addım atdığını bildirir və şəstlə: «Bu gün əlində top olan Nikol Paşiyan Avropa Birliyini sahəsindədir»-deyə yazır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
“ArmenianReport”: “Kreml Paşinyanla döyüşə başlayır”
19.08.2018
“İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
18.08.2018
Stepan Qriqoryan: “Koçaryan siyasətə öz iradəsi ilə qayıtmır”
17.08.2018
Vardan Bostanjyan: “Ermənistanda iqtisadi siyasət yoxdur”
17.08.2018
Sabiq erməni baş nazirin qızının evində axtarış

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9910

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info