“Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
Tarix: 17.07.2018 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Raqif Hüseynov: “Ölkəmizdə hökm sürən əmin-amanlığı pozmağa cəhd edən antiazərbaycan qüvvələr heç vaxt öz niyyətlərinə çata bilməyəcəklər”
Bu gün Azərbaycan sabitlik və əmin-amanlığa görə seçilən ölkələrdəndir. Bunu Azərbaycana gələn bir çox qonaqlar da xüsusi qeyd edirlər. Lakin Azərbaycandakı bu sabitliyi istəməyən xarici və daxili qüvvələr də var. Dövlətə və xalqa qarşı düşmənçilik sərgiləyən bu qüvvələr müxtəlif yollarla çalışırlar ki, Azərbaycanda iğtişaşlar yaratsınlar. Gəncə hadisələri də, bu baxımdan, edilən bir cəhd idi. Amma, həmişəki kimi, bu cəhdləri da baş tutmadı. Maraqlıdır ki, bu hadisələrdə qeyri-gəncəlilər iştirak ediblər. Baş verən bu hadisələr Gəncə ziyalıları tərəfindən də qınaqla qarşılanıb. Macarıstanın Szent İstvan Universitetinin doktorantı, əslən Gəncədən olan alim Raqif Hüseynov “Palitra”ya bildirdi ki, terror hər bir  zaman, tarix boyu bəşəriyyətə fəlakət, faciə, dağıntı və ölüm gətirir: “Terrorçunun vətəni və milliyyəti olmaz”, deyirlər. Terrorçu, hətta öz vətəninə, xalqına qarşı da cinayətkar əməllər törətməyə həmişə hazırdır. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin bu gün terrorla qarşılaşması məni bir gənc alim kimi çox sarsıtdı. Durmadan inkişaf dövrünü yaşayan Azərbaycanda stabilliyin pozulması ola bilsin ki, hər hansı xarici qüvvələrin törətdiyi hərəkətdir. Lakin ölkəmizdə hökm sürən əmin-amanlığı, inkişafı pozmağa cəhd edən həmin o antiazərbaycan qüvvələr heç vaxt öz niyyətlərinə çata bilməyəcəklər. Prezident İlham Əliyevin vurğuladığı kimi, heç bir xarici və daxili düşmən müstəqil Azərbaycanda xalq-iqtidar birliyinə zərər vura bilməz”.
Raqif Hüseynov dedi ki, ölkəmizdə daim birlik, həmrəylik olub, var və olacaqdır: “Gəncə hadisələri bir daha Azərbaycanın yenilməzliyini sübut etdi. Xalq ilə iqtidarın həmrəyliyi, bir-birinə bağlılığı nəticəsində bu gün vətəndaşlarımız sabit bir ölkədə yaşayırlar. Bu sabitliyi pozmağa cəhd edənlərin isə cəzası ağır olacaq”.
O qeyd etdi ki, Azərbaycan islam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir: “Dövlətimiz din pərdəsi altında müstəqilliyimizi təhlükə altına atan hər bir qüvvəyə qarşı amansız olacaq. Cənab Prezident bir daha sübut etdi ki, Azərbaycana uzanan xəyanətkar əllər daim kəsiləcək və ölkəmizdə sabitliyi, stabilliyi pozmağa cəhd edənlər lazımi cəzalarını alacaqlar. Biz gənclər Prezident İlham Əliyevin bizə göstərdiyi diqqət və qayğını görür və həmişə Prezidentin ətrafında bir yumruq kimi birləşərək daim onu dəstəkləyəcəyik”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
ƏƏSMN yanında İctimai Şuranın işçi qrupunun yığıncağı keçirilib
20.10.2018
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
20.10.2018
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
20.10.2018
Udmurtiyada Tofiq Kərimovun xatirəsi əbədiləşdiriləcək
19.10.2018
“Bakcell”in dəstəklədiyi gənclərin uğuru

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10297

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info