“Akademik İsa Həbibbəyli. Biblioqrafiya” kitabı çapdan çıxıb
Tarix: 17.07.2018 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Akademik İsa Həbibbəyli. Biblioqrafiya” kitabı nəşr olunub. “Science.gov.az” saytı xəbər verir ki, nəşr görkəmli alim və ictimai-siyasi xadim, “Şöhrət” və “Şərəf” ordenli, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin 1964-2018-ci illərdə dərc olunmuş əsərlərini və onun haqqında yazılmış materialları əhatə edir. Kitabın elmi redaktorları AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli və Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovdur. Nəşrin tərtibçiləri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyevadır. Biblioqrafiyaya alimin həmin illərdə dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, elmi məsləhətçisi və rəhbəri, opponenti olduğu elmi işlər, habelə görkəmli alimin həyat və yaradıcılığı haqqında materiallar daxil edilib. Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılıb, daxildə isə əlifba sırası gözlənilib. Kitabda AMEA-nın müxbir üzvü Kamran Əliyev və professor Məmməd Əliyevin görkəmli alimin həyatı və çoxşaxəli elmi fəaliyyətindən bəhs edən “Böyük ömrün illəri və əsərləri” sərlövhəli “Ön söz”ü verilib. Zəngin informasiyanı əks etdirən bu biblioqrafik informasiya mənbəyi geniş oxucu kütləsi üçün nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
21.08.2018
Qusarda yol tikintisinə vəsait ayrılıb
21.08.2018
Dünyada ilk dəfə ən davamlı material hazırlanıb
21.08.2018
Gömrükdən gödəkçəsində siqaret keçirmək istədi
21.08.2018
“AtaBank” bayram günləri müştərilərə xidmət göstərəcək
21.08.2018
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9921

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 “Jeopoliturk.com”: “Azərbaycanın sabitlik, rifah və müstəqilliyi Türkiyə və Qərbi Asiyada sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyətlidir”
5 Lerikdə 28 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə vəsait ayrılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info