“Duz” gölündə ekoloji təmizlik təmin edilir
Tarix: 18.07.2018 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Abşeron rayonunun Masazır kəndində “Azərduz” İstehsalat Birliyinin ərazisində yerləşən “Duz” gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı Prezidentin verdiyi tapşırıq əsasında Masazır və Novxanı kəndləri ərazisində çirkab sularının axıdılması üçün 13.2 kilometr uzunluğunda xəttin çəkilişi başa çatdırılıb. Orada tikilən nasosxanaların birində işlər bitib, ikincisində isə son tamamlanma işləri aparılır. Tikinti-quraşdırma işlərinin yaxın günlərdə yekunlaşacağı və nasosxanaların istifadəyə veriləcəyi nəzərdə tutulub. Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev AZƏRTAC–a bildirib ki, Masazır və Novxanıdan süzülüb gələn çirkab suları birbaşa duz gölünə axıdılırdı. Gölə daxil olan çirkab sular, əsasən, sakinlərin sıx yaşadığı massivlərdən gəlirdi. Yağış yağanda isə vəziyyət daha da gərginləşirdi. Rayon rəhbərliyi məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə məruzə edib. Ölkə başçısı da dərhal müvafiq tapşırıqlar verib. Artıq çəkilən kanalizasiya xətti həmin problemin aradan qaldırılmasına tam imkan verəcək. “Hazırda layihəyə uyğun olaraq “Duz” gölünün hər üç tərəfindən axıdılan çirkab sularının qarşısı alınır. Çirkab sular yeni inşa olunan xəttə birləşdiriləcək və Novxanıda inşa olunmuş kollektora qoşulacaq”, - deyə İ.Quliyev vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
Mehdiabadda 72 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
19.12.2018
Özünüməşğulluq proqramına 7737 nəfər cəlb edilib
19.12.2018
“10 ildə minimal əməkhaqqı 5,2 dəfə artıb”
19.12.2018
“ASAN xidmət”in yeni siması - Mr.ASANT
19.12.2018
12 minə yaxın müəllim üçün həvəsləndirmə tədbirləri tətbiq olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info