Əlil arabaları əlilliyi olan şəxslərə yaşadıqları rayonlarda təqdim olunub
Tarix: 18.07.2018 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarında yaşayan və əlil arabasına tibbi göstərişi olan 23 nəfər əlilliyi olan şəxsə əlil arabası elə yaşadıqları rayona aparılaraq təqdim edilib. Onlardan bir qisminin rayon mərkəzinə gələ bilmədikləri nəzərə alınaraq, arabalar yaşadıqları ünvanda təhvil verilib.
Əlilliyi olan şəxslər, onların ailə üzvləri ölkəmizdə fiziki məhdudiyyəti olan vətəndaşların maddi təminatlarının gücləndirilməsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası, həmçinin reabilitasiya vasitələrilə təmin edilmələri sahəsində aparılan işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Məlumat üçün bildirək ki, əlil arabasına ehtiyac duyduğu halda, əlilliyi olan şəxsin Protez-Ortopedik Bərpa Mərkəzinə birbaşa müraciətinə ehtiyac yoxdur. Belə ki, bununla bağlı onun müraciəti yaşadığı ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasında dərhal qeydə alınır və əlil arabasına ehtiyacı olması barədə tibbi göstəriş ƏƏSMN-in elektron sisteminə daxil edilir. Bundan sonra isə mərkəz tərəfindən əlilliyi olan şəxs növbəlilik qaydasında əlil arabası ilə təmin olunur. Əlilliyi olan şəxslərin (və ya yaxınlarının) əlil arabasını götürmək üçün paytaxta gəlmək imkanları olmadıqda onlara yaşadıqları ünvanda əlil arabası təqdim olunur. Qeyd edək ki, bu ilin ötən dövründə Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 750 nəfərədək əlilliyi olan şəxsə əlil arabası verilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.10.2018
Astara şəhərində əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır
15.10.2018
Muzdla çalışan işçilərin sayı və əməkhaqqı açıqlanıb
13.10.2018
Badambarda baş verən sürüşmə ilə əlaqədar Qərargah yaradılıb
12.10.2018
Samuxda keçirilən əmək yarmarkasına 241 iş yeri çıxarılıb
11.10.2018
125 əlill və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya vasitələri ilə təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10245

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info