“Bakcell”in 4G xidməti ölkənin 30-dan çox bölgəsində
Tarix: 18.07.2018 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti daha çox abunəçisinin yüksək keyfiyyətli mobil rabitə xidmətlərindən yararlana bilməsi üçün 4G LTE əhatə dairəsini genişləndirir. “Bakcell”in 4G xidməti artıq Bakı və Abşeron yarımadası, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qəbələ, Lənkəran, Mingəçevir, Şəmkir, Şirvan, Siyəzən rayonları daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. Şirkətin 2018-ci ilin ilk yarısında ölkə ərazisində quraşdırdığı 400-ə yaxın yeni baza stansiyasının 300-dən çoxu 4G-ni dəstəkləyir.
“Azərbaycan bazarında yüksək sürətli mobil internet xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır və bunu nəzərə alaraq, şirkətimiz LTE xidmətlərinin əhatə dairəsinin ölkənin bölgələrində genişləndirilməsini də sürətlə həyata keçirməyə davam edir. Artıq Bakı, Abşeron və Gəncə sakinləri ilə yanaşı ölkənin 30-dan çox bölgəsində yaşayan müştərilərimiz “Bakcell” şirkətinin təqdim etdiyi ən yüksək keyfiyyətli və ultra-sürətli 4G internetindən yararlanmaq imkanına malikdirlər. “Bakcell” şirkəti öz şəbəkəsinə böyük həcmdə investisiya qoyuluşları sayəsində və dünya bazarında mövcud olan ən innovativ texnologiyaları tətbiq etməklə öz LTE şəbəkəsinin Azərbaycanın bölgələrində əhatəsini bundan sonra da genişləndirməyə davam edəcək”- deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib. Qeyd edək ki, “Bakcell” Bakı metrosunda 4G xidmətini istifadəyə verən ilk mobil operatordur. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb. 4G/LTE xidmətlərini daha çox abunəçi üçün əlçatan etmək məqsədilə “Bakcell” şirkəti 4G şəbəkənin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
SOCAR-ın Gürcüstan nümayəndəliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18.01.2019
20 Yanvar hadisələri milli azadlıq hərəkatının başlanğıcıdır
18.01.2019
Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Səudiyyə Ərəbistanında anım tədbiri təşkil olunub
18.01.2019
Azərbaycan xalqının iradəsi onun milli azadlıq uğrunda mübarizəsini boğmağa imkan vermədi
18.01.2019
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı kampaniya keçirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info