“İaşə müxalifəti”nin həmrəylik problemi
Tarix: 18.07.2018 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Nəhayət, xaricdə fəaliyyət göstərən müxaliflər anladılar ki, xalq onlarla həmrəy deyil

Əvvəlki illərdə olduğu kimi, hər şey öz axarınca davam edir, ölkədə ictimai asayiş sabit olaraq qalır. Ekstremal vəziyyətlərdə ictimai həmrəylik və aidiyyəti dövlət orqanlarının çevik davranışı, proseslərə operativ reaksiyası, doğrudan da, təqdir edilməlidir.
Amma “iaşə müxalifəti” hələ də suyu bulandırmağa cəhdlər edir, sosial şəbəkələr üzərindən qurduqları fəaliyyətlərində ictimai fikrə mənfi yöndə təsir etməyə çalışırlar. Yəni sosial şəbəkələrin imkanlarından var gücləri ilə istifadə edən bu qüvvələr gecə-gündüz insanların beyninə yeritməyə çalışırlar ki, guya, ölkədə vəziyyət pisdir və s.
Əlbəttə, sosial medianın imkanlarından yararlanmaq hər kəsin hüququdur, Türkiyədə, ABŞ-da, hətta internet imkanları məhdud olan bir sıra Afrika ölkələrində belə, sosial media siyasətçilər üçün əsas təbliğat vasitəsinə çevrilib. Amma onların fəaliyyətində təxribatlara, kriminal hadisələrə, zor gücü ilə olan dövlət çevrilişləri cəhdlərinə dəstək müşahidə edilirmi? Əlbəttə, yox! Təkcə bir misalı oxuculara xatırladaq ki, Türkiyədə bu günlərdə ildönümü qeyd edilən məlum hərbi çevrilişə cəhd zamanı bu ölkənin ana müxalifət partiyası olan MHP bütün proseslərə müdrikcəsinə yanaşaraq, hakimiyyətin, dövlətin və dövlətçiliyin yanında olduğunu bəyan etdi və sonacan öz xalqının maraqlarını müdafiə etdi. Bizdə prosesler necə cərəyan edir? Müəyyən səbəblərdən baş verən hər hansı xoşagəlməz hadisə zamanı var gücü ilə “səfərbər” olan “iaşə müxalifəti”, ənənəvi müxalifətin nümayəndələri dərhal hakimiyyətə, dövlətə qarşı aqressiv mövqe tuturlar. Təbii fəlakət də olsa belə, insanları küçələrə çıxmağa səsləyirlər.
Məsələn, dünən xaricdə yaşayan bəzi mühacirlərin - söyüşcül dəstənin yaratdığı və idarə etdikləri “Azad söz” adlı “Facebook” səhifəsində Tural Sadıqlı ilə Orduxan Teymurxan debata çıxaraq, guya, son günlər ölkədə baş verən olayları müzakirə edəcəklərini dedilər. Əslində isə onlar xaricdəki ağalarına xoş görünmək və hələ də bir işə yaradıqlarını, ictimai fikrə təsir imkanlarının olduqlarını göstərmək üçün yeni “layihələrini” cəmiyyətə nümayiş etdirirdilər. Layihələri isə nə qədər gülməli səslənsə də, həmrəyliklə bağlı idi. Müxalifət və həmrəylik...
Tural Sadıqlı debatında sosial şəbəkə istifadəçilərinə müraciət edərək, az qala, yalvarır ki, onun Orduxanla düşündükləri “Həmrəylik saatı” adlı yeni ideyalarına dəstək olsunlar. Bir saatlıq çölə çıxmaqla, guya, insanların həmrəy olacağını deyən bu Avropada öz keflərində olanlar, doğrudanmı, düşünmürlər ki, xalq öz həmrəyliyini çətin anlarda dəfələrlə nümayiş etdirib və bu cür “həmrəylik kampaniyaları” onlara lazım deyil? Yoxsa yenə də gənclərin beynini “yeməyə” hesablanmış, xaricilərdən alınmış pul hesabına növbəti sosial layihələrini həyata keçirməyə çalışırlar?
Zatən bazar günləri hər kəsin iş saatı bitmiş olur və bütün şəhər qaynayır, insanlar ya evlərinə tələsirlər, ya da əksinə, evdən bayıra çıxaraq gəzməklə, vaxtlarını dostlar, ailələri ilə keçirməklə öz istirahətlərini qururlar. Vətəndaşların öz şəhərlərinin küçələrində zaman keçirməsinin sizin həmrəylik aksiyanıza nə dəxli? “İaşə müxalifəti”nin yeni həmrəylik təklifi Türkiyədəki “Gəzi olayları”nı xatırladır. Təsadüfi deyil ki, qardaş ölkədəki çevriliş cəhdindən sonra tam aydın oldu ki, “Gəzi olayları” xaricdən idarə olunan, Türkiyədə xaos yaratmaq məqsədi güdən bir aksiya olub. Bu o deməkdir ki, Azərbaycanda da “Gəzi olayları”na bənzər aksiya təklif edənlər öz ağılları ilə iş görmürlər. Daimi olaraq xaricdəki erməni ağaları onlara yeni bir təklif ötürürlər.
Təbii ki, özləri də gözəl anlayırlar ki, bu anormal təklif- “həmrəyik saatı” insanlara heç nə verməyəcək. Heç belə şeylər insanların marağında da deyil. Sadəcə, “iaşə müxalifəti” şəhərdəki kütlənin şəklini paylaşıb deyəcək ki, “görürsünüz, insanlar bizim dediyimiz saatda həmrəy oldular” ...
Orduxanın fikri də anormallığı ilə seçilir. Debatda deyir ki, siyasi fəallarla müzakirə edəndən sonra belə qərara gəliblər ki, guya, xalq həmrəy deyil, belə layihələrlə bu həmrəyliyə nail olacaqlar. Onun bu etirafı bizlərin günlərdir ki, yazdığımızı təsdiqləyir. Həm hakimiyyət, həm də ictimaiyyət qətiyyətlə bildirirdi ki, xalq xaricdə oturan, ölkədə qarışıqlıq yaratmaq istəyən “iaşə müxalifəti” ilə həmrəy olmadı. Siyasətin əlifbasını belə, bilməyən bu adam hələ özünü gülünc vəziyyətə salaraq deyir ki, “hakimiyyət xalqı evində saxlaya bilməz”. Bu ölkədə, məgər kimisə evində saxlayırlarmı? İnsanlar daim istədikləri yerə gedirlər, istədikləri formada dincəlirlər, hətta öz etirazlarını da istədikləri formada nümayiş etdirirlər. “İaşə müxalifəti”nin bəyənmədiyi ənənəvi müxalifətin keçirdiyi ən son mitinqlər də buna əyani sübut ola bilər. O ki qaldı onun “xalqda həmrəylik yoxdur” kimi iddiasına, bir daha qeyd edirik ki, bu xalq ən çətin durumlarda həmrəy olduğunu dəfələrlə göstərib, hətta məhz bu həmrəyliyə, bu istiqanlılığa görə Prezident də dəfələrlə vətəndaşlara, xalqa öz təşəkkürünü bildirib... Sizin düşündüyünüz həmrəylik deyil, həmrəyliyə qara rəng qatıb ortalığı qarışdırmaqdır!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
Türkiyədə yaşayan soydaşlarımızın sosial məsələlərinə dair müzakirələr aparılıb
19.12.2018
“Azərbaycan dünya ölkələri arasında xüsusi önəmə və yerə sahibdir“
19.12.2018
Avropa İttifaqı: “Azərbaycan doğru inkişaf yolundadır”
19.12.2018
Polşanın “Ambasador” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi barədə məqalə dərc olunub
18.12.2018
Ankarada Azərbaycan-Türkiyə 11-ci yüksək səviyyəli hərbi dialoq iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info