Yeni iqtisadi blok yaranır
Tarix: 17.07.2018 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Dünya ÜDM-inin 30 faizini təşkil edən Yaponiya və Avropa İttifaqı arasında azad ticarət barədə müqavilə imzalanıb
Rusiya, Avropa İttifaqı və Ukrayna arasında qazın tranziti ilə bağlı üçtərəfli danışıqlar Berlində keçiriləcək. Bu, Rusiyanın qaz nəhəngi “Qazprom”la Ukraynanın “Naftoqaz” şirkəti arasında qaz tədarükü və tranziti haqqında müqavilələrlə bağlı mübahisələri barədə Stokholm Arbitraj Məhkəməsi tərəfindən qərar çıxarıldıqdan bəri ilk dəfə olaraq baş tutacaq. “RİA Novosti” xəbər verir ki, danışıqlarda Rusiyanın energetika naziri Aleksandr Novak, Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç, Ukraynanın Energetika Nazirliyinin, “Qazprom” və “Naftoqaz” şirkətlərinin nümayəndələri iştirak edəcəklər. Danışıqların əsas mövzusu Ukrayna ərazisi üzərindən qazın Avropa istehlakçılarına tranziti şərtlərinin, o cümlədən “Qazprom”la “Naftoqaz” arasında tranzit razılaşmalarının müddətlərinin müzakirəsi olacaq. Qeyd edək ki, dekabr və fevralda Stokholm Arbitrajı qaz tədarükü və tranziti haqqında müqavilələr barədə “Naftoqaz”la “Qazprom” arasında yaranmış mübahisəyə baxıb və “Qazprom”un “Naftoqaz”a 2,56 milyard dollar kompensasiya ödəməli olduğu haqda qərar çıxarıb. Bundan başqa, arbitraj “Qazprom”un tranzit müqaviləsinin sonuna qədər (2019-cu ilin sonu) Ukrayna vasitəsilə ildə 110 milyard kubmetr qaz nəql etməsi, yaxud bunun əvəzini pulla ödəməsi barədə qərar verib. Maraqlıdır ki, bu danışıqlar Finlandiyada ABŞ və Rusiya dövlət başçılarının görüşündən sonra keçirilir. Putin-Tramp görüşünün detalları hələ bəlli deyil. Yaxın günlərdə Ukrayna və Suriya, eləcə də digər regionlarla bağlı baş verəcək hadisələr görüşün məntiqi nəticəsi kimi qəbul ediləcək. Bütün dünyanın diqqətini özünə cəlb edən həmin görüşdən bir gün sonra Tokioda Yaponiya və Avropa İttifaqı arasında azad ticarət barədə müqavilə imzalanması diqqət çəkən başqa bir məqamdır. Bu, dünya ÜDM-inin 30 faizini təşkil edən nəhəng iqtisadi blokun yaranmasına səbəb olacaq. Müqavilənin imzalanması mərasimi Baş nazir Şinzo Abenin iqamətgahında, Avropa Şurasının sədri Donald Tuskun və Avropa Komissiyasının başçısı Jan Klod Yunkerin iştirakı ilə keçirilən sammitdən sonra baş tutub. İmzalanan sənədə əsasən, Yaponiya Aİ-dən idxal edilən əmtəələrin, o cümlədən qida məhsullarının 94 faizinə rüsumları ləğv edəcək ki, bu da ölkə bazarına Avropadan gətirilən pendirin, şərabın və donuz ətinin qiymətlərini aşağı salacaq. Avropa ölkələri də öz növbələrində, Yaponiyadan idxal edilən məhsullara, əsasən, avtomobillərə və məişət elektronikasına gömrük rüsumlarını ləğv edəcək. Lakin bu, müqavilənin qüvvəyə minməsindən səkkiz və ya altı il sonra baş tutacaq. Müqavilənin gələn ilin martında, Böyük Britaniya Aİ-ni tərk etdikdən sonra ratifikasiya ediləcəyi gözlənilir. Xatırladaq ki, tərəflər arasında azad ticarət barədə məsləhətləşmələr mexanizminin işə salınması barədə razılaşma 2011-ci ildə Brüsseldə əldə edilib. Danışıqların ilk raundu isə 2013-cü ilin aprelində baş tutub. Tokio daha çox yapon avtomobillərinə (10 faiz) və elektronikaya (14 faiz) görə qoyulan idxal rüsumlarının ləğvində maraqlıdır. Mütəxəssislərin rəyinə görə, müqavilə Brüssel üçün də xeyirlidir. Belə ki, həmin sənəd qüvvəyə mindikdən sonra Yaponiyaya Avropa məhsullarının ixracı təqribən 30 faiz artacaq. Əlavə olaraq bildirək ki, Yaponiya ilə Aİ arasında ticarət balanslaşdırılıb. Demək olar ki, qarşılıqlı idxal və ixrac təqribən 8 trilyon yen (26,7 milyard dollar) təşkil edir.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
ABŞ-ın Türkiyədəki səfirliyi atəşə tutulub
19.08.2018
Əfqanıstan Prezidenti Qurban bayramı ilə əlaqədar “Taliban”la atəşkəs elan edib
19.08.2018
Suriyada İŞİD terrorçuları ilə ABŞ əsgərləri arasında qarşıdurma olub
19.08.2018
Erməni ekspertlər: Qızışan siyasi mübarizə Ermənistanın məhvinə səbəb olacaq
18.08.2018
Putindən Avstriya nazirinə toy hədiyyəsi: rəsm əsəri, qədim yağçəkən və Tula samovarı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9910

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info