Avropaya keçən miqrantların sayı 50 min nəfəri ötüb
Tarix: 17.07.2018 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Bu ilin əvvəlindən bəri Aralıq dənizi ilə Avropaya keçən miqrant və qaçqınların sayı 50 min nəfəri ötüb. Habelə 1440 miqrant ölüb və ya itkin düşüb. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. TASS xəbər verir ki, təşkilatın rəsmi nümayəndəsi Coel Millman Cenevrədə keçirilən brifinqdə Avropaya gələn miqrant və qaçqınların təxminən 35 faizinin İtaliya və İspaniya, 29 faizinin Yunanıstan tərəfindən qəbul edildiyini bildirib. Xatırladıb ki, keçən ilin müvafiq dövründə Aralıq dənizi ilə Avropaya 110 min, 2016-cı ildə isə 242 min miqrant keçib. C.Millman İspaniyaya gedən miqrant və qaçqınların sayının kəskin artmasına da diqqət yetirib. Qeyd edib ki, ilin əvvəlindən bu ölkəyə 18 min 16 nəfər miqrant və qaçqın gəlib. Bu baxımdan, İspaniya cari ildə İtaliya və Yunanıstanı geridə qoyub. Bundan başqa, 2874 miqrant Seuta və Melilyaya keçməyə cəhd göstərib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən 2186 miqrant və qaçqın həlak olub. Bununla belə, Aralıq dənizi Avropaya miqrasiyada ən təhlükəli marşrut olaraq qalır.




 
Bölməyə aid digər xəbərlər
17.08.2018
Hindistanda daşqın qurbanlarının sayı 300 nəfəri ötüb
17.08.2018
Boliviyada mikroavtobus 7 rəqqası vuraraq öldürüb
17.08.2018
Areta Franklin vəfat etdi
15.08.2018
Əfqanıstanda “Taliban” hərəkatının hücumu nəticəsində azı 45 hərbçi həlak olub
14.08.2018
Ankarada bir nəfərin ətrafa silahla atəş açması nəticəsində 17 nəfər yaralanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9887

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info