“Saziş pozulsa, İran nüvə proqramını davam etdirəcək”
Tarix: 18.07.2018 | Saat: 01:35:00 | E-mail | Çapa göndər


Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) pozulması ilə İranın nüvə proqramının inkişaf sürəti ölkənin daxili ehtiyacına uyğun həyata keçiriləcək.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvənd deyib.
«Hərtərəfli Bİrgə Fəaliyyət Planı olmazsa İranın nüvə fəaliyyətləri sürətlə artırılacaq və uranın zənginləşdirilməsi prosesində heç bir məhdudiyyət qoyulmayacaq. Bütün bu variantlar masa üzərindədir. HBFP davam etdirilərsə yaxşı olar, əks təqdirdə İran nüvə proqramını sürətlə davam etdirəcək. Ölkəmizin ehtiyacını təmin etmək üçün proqramımızı davam etdirəcəyik”, deyə B.Kəmalvənd qeyd edib.
İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. Bu il mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib. D.Tramp İrana qarşı bütün sanksiyaların, o cümlədən ikinci dərəcəli, yəni İranla biznes quranlara qarşı da sanksiyaların yenidən tətbiqi barədə qərar verib.




 
Bölməyə aid digər xəbərlər
17.08.2018
Dollardan imtina mümkündürmü?
16.08.2018
Məleykə Abbaszadə: Bu il 29 abituriyent 700 bal toplayıb
15.08.2018
“Sammitin effektivliyi Xəzərlə bağlı bütün danışıqlarda rekorddur”
15.08.2018
“Konvensiya Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verəcək”
15.08.2018
“Azərbaycanın musiqi mədəniyyəti dünya mülkiyyətinə çevrilir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9887

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info