BANM-in 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb
Tarix: 18.07.2018 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbini (BANM) bu il bitirən məzunları şirkətlərin diqqət mərkəzindədir. Ali məktəbin 2018-ci il məzunlarından daha 15 nəfəri SOCAR-ın Kompleks Qazma İşləri Tresti (KQİT) tərəfindən işə qəbul edilib. Onların 12-si qazmaçı, 2-si geoloq, 1 nəfər isə elektronika mühəndisi olaraq işə götürülüblər.
BANM-ın məzunları heç bir müsabiqə keçmədən KQİT tərəfindən birbaşa işə alınaraq öz vəzifə təlimatlarının icrasına başlayıblar. Yeni işçilərə öncə əməyin təhlükəsizliyi qaydaları və sahə təlimatları üzrə təlimlər keçilib, daha sonra məzunlar dənizdə və quruda öz yeni vəzifə təlimatlarının icrasına dair prosesləri müşahidə etmək və öyrənmək üçün işə başlayıblar.
Qeyd edək ki, Kompleks Qazma İşləri Tresti ölkənin quru və dəniz əraziləri üzrə SOCAR-a məxsus 25-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan, işçilərin sağlamlığını qoruyan tam təhlükəsiz əmək şəraitində, yüksək səviyyədə istehsalat və inzibati nizam-intizam qaydalarına riayət edilməklə axtarış-kəşfiyyat və istismar qazma işlərini aparır. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info