Misirli alimin kitabının təqdimatı olub
Tarix: 18.07.2018 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


İyulun 18-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydinin “Müstəqillik dövrü Azərbaycan romanı” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli misirli alimin monoqrafiyasının müstəqillik dövrü Azərbaycan ədəbiyyatının öyrənilməsində əhəmiyyətindən danışıb. Bildirilib ki, kitabda müstəqillik dövrü Azərbaycan ədəbiyyatında roman janrı mövzu, problematika və sənətkarlıq məsələləri kontekstində təhlil olunub. Ciddi yaradıcılıq axtarışlarının bəhrəsi olan monoqrafiyada təxminən on beş illik dövrün ədəbiyyatı araşdırma obyektinə çevrilib.
Qeyd olunub ki, kitabda İsmayıl Şıxlının “Ölən dünyam”, Əzizə Cəfərzadənin “Zərrintac-Tahirə”, “Eşq sultanı”, “Xəzərin göz yaşları”, Anarın “Ağ qoç, qara qoç”, Sabir Əhmədlinin “Axirət sevdası”, “Kef”, “Ömür urası”, İsa Muğannanın “İsahəq, Musahəq”, “Cəhənnəm” və digər yazıçılarımızın bir sıra əsərləri təhlil olunaraq mövcud ədəbi proses kontekstində dəyərləndirilib. Həmçinin müstəqillik dövrü Azərbaycan romanı Misirdə eyni illərin müvafiq ədəbi örnəkləri ilə müqayisəli şəkildə araşdırılıb. Bu mənada Misir ədəbiyyatının görkəmli nümayəndələri Nəcib Məhfuz, Yusif İssibayi, Əbdürrəhman Nasif, Yusif əl Qaid və başqa yazıçıların yaradıcılığı fonunda müasir ərəb romanları ilə analoji təhlillər aparılması diqqəti çəkir. Bu tipli müqayisəli təhlillər hər iki ədəbiyyatın bəlli janrlar çərçivəsində oxşar və fərqli dəyərlərini səciyyələndirməyə imkan verdiyindən elmi əhəmiyyət kəsb edir.
Üç fəsildən və 192 səhifədən ibarət bu kitab misirli alimin Azərbaycan ədəbiyyatına, xüsusilə də roman janrına müasir yanaşmasını ortaya qoyur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
“Bu, “Nəsimi ili” ilinə ən böyük töhfə olar”
17.01.2019
Ankarada “Nazim Hikmət Azərbaycan ədəbiyyatında” mövzusunda tədbir keçirilib
17.01.2019
Xalq rəssamı Fazil Nəcəfov haqqında film çəkilib
17.01.2019
“Kafalar karışıq” türk komediya filminin nümayişi olub
17.01.2019
Mən aktrisa olmaq üçün dünyaya gəldim..

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info