“Mətbuat göstərilən qayğıya adekvat olaraq milli maraqların keşiyində dayanmalıdır”
Tarix: 18.07.2018 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Namiq Əliyev |

Prezident respublikada nəşr olunan qəzetlərə maliyyə yardımı ayrılması ilə bağlı sərəncam imzaladı. Sərəncam Azərbaycan dövlətinin və onun Prezidentinin mətbuata göstərdiyi diqqət və qayğının növbəti təzahürü idi.
Bu proses Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründən başlayaraq, bügünədək davam edir və əminik ki, uzunmüddətli xarakter daşıyacaq. Mətbuatda senzuranın ləğvi, qəzetlərin borclarına edilən güzəştlər, yardımlar, yazı müsabiqələri, ən əsası isə jurnalistlərə mənzillərin verilməsi bu sahədə əldə olunan nailiyyətlərdəndir. Mətbuata göstərilən diqqət və qayğı bu sahənin yeni dövrə uyğun formalaşmasına, inkişafına müsbət mənada ciddi təsir göstərir. Əvvəla, xüsusi olaraq vurğulayaq ki, əgər ayrılan bu vəsaitlər, yardımlar olmasa, mətbuatın ayaq üstə durması çox çətin olardı.Bu yardımlardan istifadə edib maddi-texniki bazamızı yeniləyirik, əməkdaşların iş və sosial şəraitini yaxşılaşdırırıq.Təkcə “Palitra” qəzetindən 4 nəfər əməkdaşın mənzil-məişət şəraitinin yaxşılaşdırılması faktı fikrimizi əsaslandırmaq üçün yetərlidir. Mətbuat da, öz növbəsində, göstərilən qayğıya adekvat olaraq,Azərbaycan dövlətinin, onun milli təhlükəsizliyinin, milli maraqlarının, maddi və mənəvi dəyərlərinin keşiyində dayanmalıdır. Bu gün Azərbaycanın inkişafını, sabitliyini, asayişini istəməyən müxtəlif daxili və xarici qüvvələr var.Onlar mübarizə meydanının məkanını dəyişiblər, sosial şəbəkələr üzərindən ideoloji və informasiya hücumları edirlər.Mən tam əminəm ki, sosial şəbəkələrdə aranı qarışdırmağa cəhd edən saxta profillərin bəziləri erməni kəşfiyyatına mənsubdur. Belələrinə qarşı mübarizədə mətbuat nümayəndələrinin üzərinə ağır və məsuliyyətli yük düşür. Hadisələrin gedişi göstərir ki, dövlətini və xalqını sevən jurnalistlərimiz bu şərəfli vəzifənin öhdəsindən gələ biləcəklər.
Mətbuatın inkişafı üçün qarşıda duran vəzifələrdən biri də, bu sahədə daha peşəkar, beynəlxalq səviyyəli kadrların hazırlanmasıdır. Doğrudur, həm xarici ölkələrdə, həm də respublikada müəyyən sayda peşəkar kadrlarımız var, lakin zamanın çağırışlarına cavab vermək üçün bu say kifayət qədər deyil. Ümid edirik ki, dövlətin mətbuata yardımları sayəsində bu istiqamətdə də, uğurlar əldə edəcəyik.
“Palitra” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru




 
Müəllifin son yazıları

02.04.2019 İşğalçının Aprel xofu
27.01.2019 İnformasiya savaşında hansı tərəfdə durmalıyıq?
30.10.2018 “Daha sərt qanunlar saytlarda yol verilən təhqir və şantajların qarşısını ala bilər”
26.10.2018 “Regiondakı geosiyasi vəziyyət Ermənistanın xeyrinə deyil”
28.08.2018 “Merkelin səfəri zamanı ən iri iqtisadi saziş Azərbaycanla bağlandı”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info