Vikiçilər mətbuatın 143 illiyi ilə bağlı 143 məqalə hazırlayıblar
Tarix: 18.07.2018 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Mətbuatının yaranmasının 143 illiyi ilə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən 143 məqalə yaradılıb və əsaslı şəkildə redaktə edilib. Bu məqalələrdən 55-i redaktə, 88-i isə yeni yaradılmış məqalədir. Nəzərinizə çatdıraq ki, vacib məqamlardan biri kəmiyyət deyil, keyfiyyətdir, məhz bu istiqamətdə də çalışılıb. Komanda bu sahədə fəaliyyətə başlayarkən ilk diqqət yetirdiyi nüans Vikipediyada mətbuatla bağlı olan boşluqları üzə çıxarmaq və bu boşluqlar üzərində iş aparmaq olub. İş bölgüsü bir neçə istiqamətdə aparılıb.

Əvvəlcə milli mətbuatımızın yaranmasında bünövrə rolunu oynayan “Tiflis əxbarı” və “Qafqazın bu tərəfinin xəbərləri” kimi qəzet səhifələri yaradılıb və əsaslı şəkildə redaktə edilib.

Daha sonra maarifçilik ideyasının daşıyıcısı olan, milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərən və milli mətbuatımızın əsasını qoyan “Əkinçi” qəzeti səhifəsi, həmçinin “Əkinçi” qəzetinin ənənələrini davam etdirən və görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “İrşad” kimi qəzet və jurnal səhifələri redaktə edilib.

Azərbaycanda ilk satirik jurnal olan “Molla Nəsrəddin“ jurnalı, eyni zamanda “Molla Nəsrəddin” jurnalının təsiri altında Azərbaycanda “Bəhlul”, “Məzəli”, “Azərbaycan”, “Kirpi”, “Mirat” kimi ana dilində nəşr olunan satirik jurnal səhifələri də redaktə edilib. Bunlarla yanaşı, komandamız tərəfindən 2 kateqoriya və bir şablon yaradılıb.

Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynamış “Füyuzat” jurnalı səhifəsi, habelə Azərbaycan mətbuatı və publisistikası sahəsində, həmçinin millətin tərəqqisində müstəsna xidmətləri olan Azərbaycanın maarifpərvər ziyalıları Həsən bəy Zərdabi, Əsgər ağa Gorani, Ömər Faiq Nemanzadə, Məhəmməd ağa Şahtaxtinski və Cəlil Məmmədquluzadə kimi ədiblərimizə məxsus səhifələr əməkdaşlarımız tərəfindən əsaslı şəkildə redaktə edilib.

“Dəbistan”, “Rəhbər”, “Məktəb” kimi bir sıra pedaqoji jurnal səhifələri, eyni zamanda “İşıq” və “Azərbaycan qadını” kimi bir sıra qadın jurnal səhifələri tərəfimizdən redaktə edilib.

Sadalanan məqalələrlə yanaşı, Azərbaycanda XIX əsrdə rus dilində çıxan “Bakinskiy listok”, “Kaspi” kimi mətbuat orqanları, “Qeyrət”, “Səda” kimi mətbəələr redaktə olunan məqalələr siyahısına daxildir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyulub. Məhz bu dövrdə fəaliyyət göstərən “Zənbur”, “Şeypur” kimi satirik jurnallar, eyni zamanda Məhəmməd Əmin Rəsulzadənin təsisçisi olduğu “Açıq söz” qəzeti səhifəsi redaktə olunanlar sırasındadır.

https://www.youtube.com/watch?v=GF5SwXIX0_Q&feature=youtu.be

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.10.2018
“CinemaPlus”da “Qış nağılı” filmində rol almış türk məşhurları ilə görüş
15.10.2018
İtaliya Prezident Sarayında möhtəşəm Azərbaycan musiqilərindən ibarət konsert keçirilib
15.10.2018
Şəki teatrında yeni tamaşanın məşqlərinə başlanılıb
13.10.2018
İqor Ponomarenkonun orkestrinin konserti olub
13.10.2018
Bakı Media Mərkəzinin istehsal etdiyi veriliş beynəlxalq festivalda mükafat qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10246

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info