“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” jurnalistlər üçün media-tur təşkil edib
Tarix: 18.07.2018 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə media-tur təşkil olunub.
 
Media turda bildirilib ki, Təlim Tədris Mərkəzi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin əmrinə əsasən dənizdə işləyən mütəxəssislərin hazırlanması və sertifikatlandırılması haqqında beynəlxalq standartların tələbləri Nəzərə alınaraq yaradılıb. Mərkəzdə Dənizçilərin Sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların təcrübi məşğələləri və  qiymətləndirilməsi xidmətləri göstərilir.
 
Təlim Tədris Mərkəzi ən son model trenajor və dənizçilik avadanlıqları ilə təchiz edilmiş müasir auditoriyalardan ibarət iki mərtəbəli inzibati binada fəaliyyət göstərir.
 
Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, son dövrlər mərkəzdə fəaliyyət prosesi daha da təkmilləşdirilib, yeni peşəkar işçi komandası formalaşdırılıb, tədris proqramları və dərs vəsaitləri standart formaya salınıb, yeni müştərilərlə görüşlər keçirilib. 
 
Daha sonra Təlim Tədris Mərkəzinə məxsus hovuz haqqında jurnalistlərə məlumat verilib. Bildirilib ki, sözügedən hovuz beynəlxalq standartların tələblərinə uyğun olaraq müasir avadanlıqlarla təchiz edilib. Bu, ölkəmizdə yeganə ixtisaslaşmış hovuzdur. Burada yerli və xarici mütəxəssislər üçün (dənizçilər) birbaşa suda sağqalma və üzmə, qəzaya uğramış helikopterlərdən təxliyyə, növbətçi sal və qayıqlardan istifadə qaydaları kimi praktik məşğələlər keçirilir.
Mərkəz müxtəlif beynəlxalq təşkilatlardan sertifikatlar alaraq təlim keyfiyyətini yüksək səviyyəyə çatdırıb. Burada keçirilən təlimlər birbaşa Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Dəniz Agentliyi və Amerika Gəmiçilik Bürosu (American Bureau of Shipping-ABS) tərəfindən akkreditasiya edilib.
 
Təlim Tədris Mərkəzi Beynəlxalq Keyfiyyət İdarəetmə Sistemi İSO 9001:2015 standartına uyğun fəaliyyətini təşkil edib və Bureau Veritas Beynəlxalq Sertifikatlaşdırma təşkilatı tərəfindən sertifikata layiq görülüb.
 
Bundan başqa, Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatının  nümayəndə heyətinin 2017-ci ilin 6-7 iyul tarixlərində keçirdiyi yoxlamanın nəticələrinə əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna sertifikat verilib. Bu sertifikat “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır. Məlumat üçün bildiririk ki, Dinamik Mövqe Saxlama Simulyatoru gəmi mövqeyini və gəminin istiqamətini saxlamaq üçün kompüter nəzarət sistemidir.
Beləliklə, hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzi dünyada
 
“DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
Neftin qiyməti artır
16.10.2018
Azərbaycan doqquz ayda ən çox Rusiyadan məhsul idxal edib
15.10.2018
Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”
15.10.2018
Sumqayıt Kimya Sənaye Parkında ilin sonunadək 2 mindən çox yeni iş yeri yaradılacaq
15.10.2018
Ölkəmizdə domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10251

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info