Elçin Quliyev xidmət vaxtı yaralanmış baş çavuşu təltif etdi
Tarix: 18.07.2018 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev bu ilin iyunun 21-də sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alarkən silahlı sərhəd pozucuları ilə atışmada yaralanan baş çavuş Ramazan Kurupovla görüşüb və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını ona təqdim edib.
DSX-dən verilən məlumata görə, görüş zamanı general-polkovnik Elçin Quliyev öz həyatını təhlükə altına qoyaraq dövlət sərhədinin pozulmasına imkan vermədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirib və onun şücaətinin hər bir Azərbaycan sərhədçisi üçün nümunə olmasını qeyd edib.
Xatırladaq ki, 2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alarkən silahlı sərhəd pozucuları ilə atışmada baş çavuş Kurupov Ramazan Məmməd oğlu çoxsaylı güllə yaraları alıb və təcili əməliyyat olunaraq həyatı xilas edilib.
Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının həkimlərinin ciddi səyləri və peşəkarlığı nəticəsində baş çavuş R.Kurupovun sağlamlığı qısa müddət ərzində bərpa edilib və hazırda onun tibbi reabilitasiya prosedurlarına cəlb edilməsi planlaşdırılır. Müalicə tədbirləri yekunlaşdıqdan sonra baş çavuş R.Kurupovun Silahlı Qüvvələrin ehtiyatına buraxılması nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.10.2018
Astara şəhərində əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır
15.10.2018
Muzdla çalışan işçilərin sayı və əməkhaqqı açıqlanıb
13.10.2018
Badambarda baş verən sürüşmə ilə əlaqədar Qərargah yaradılıb
12.10.2018
Samuxda keçirilən əmək yarmarkasına 241 iş yeri çıxarılıb
11.10.2018
125 əlill və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya vasitələri ilə təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10245

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info