“Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır”
Tarix: 18.07.2018 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


“Bu səfər İtaliya prezidentinin Azərbaycana ilk səfəridir. Bu səfər tarixi bir səfərdir. İlk dəfədir ki, İtaliya prezidenti Azərbaycana səfər edir. Mənim dəvətimi qəbul etdiyiniz üçün sizə minnətdaram. Əminəm ki, səfər çox uğurlu keçəcək və İtaliya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək. Bizim əlaqələrimiz çoxşaxəlidir, bir çox sahələri əhatə edir. Bu gün apardığımız danışıqlarda, keçirdiyimiz görüşlərdə bir çox məsələlər müzakirə edildi. Regional inkişaf və regional təhlükəsizlik məsələləri, Avropa İttifaqı-Azərbaycan əlaqələri, siyasi, iqtisadi ikitərəfli əlaqələrimiz – bir çox məsələlər müzakirə edildi və deyə bilərəm ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
 
“Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri müzakirə etdik. İtaliyanın bu məsələlərlə bağlı çox müsbət rolu və mövqeyi var. Ümid edirəm ki, yaxın gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş imzalanacaq. Saziş üzərində iş aparılır və biz Avropa İttifaqına üzv ölkələrlə strateji tərəfdaşlıq bəyannamələri imzaladıq, qəbul etdik. Doqquz ölkə ilə, o cümlədən İtaliya ilə belə bəyannamələr qəbul edildi. 2014-cü ildə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul edilib. Bu, çox ciddi siyasi sənəddir, əslində bizim bir-birimizə olan münasibəti və gələcək əməkdaşlıq formatını göstərir və müəyyən edir. O ki qaldı ikitərəfli əlaqələrə, qeyd etdiyim kimi, biz strateji tərəfdaşıq, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və İtaliya prezidentinin Azərbaycana rəsmi səfəri bunun bariz nümunəsidir. İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox gözəl əməkdaşlıq var. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq dərinləşəcək. Azərbaycan tərəfdaş ölkələrlə birlikdə hazırda “Cənubi Qaz Dəhlizi” layihəsini uğurla icra edir. Bu, 40 milyard dollar dəyərində olan layihədir, onun böyük hissəsi icra edilib. Bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı Bakıda olub. Onun böyük hissəsini təşkil edən TANAP layihəsinin Əskişəhər şəhərində açılışı olub. Yəni, bu istiqamətdə işlər uğurla gedir və bu, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayır”, - deyə o vurğulayıb.
 
İ. Əliyev qeyd edib ki, İtaliya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir: “Bu gün açılacaq polimer zavodunun inşasında İtaliya şirkəti fəal iştirak edib. Azərbaycanda bir çox İtaliya şirkətləri fəaliyyət göstərir. Biz bu gün bu məsələ ilə bağlı da danışdıq və mən prezident Mattarellaya dedim ki, İtaliya şirkətləri üçün Azərbaycanda bütün qapılar açıqdır, biz onların səviyyəsini bilirik, onlar çox yüksək texnologiyaya malik olan şirkətlərdir. Azərbaycanda inşaat sektorunda, kənd təsərrüfatı sahəsində, ağır sənaye sahəsində bir çox layihələr icra ediblər və çox yüksək səviyyədə icra ediblər. Əlbəttə ki, keçirilən görüşlər və sabah iştirak edəcəyimiz İtaliya-Azərbaycan biznes forumu qarşımızda yeni imkanlar açacaq. Çünki Azərbaycanın sürətli iqtisadi-sənaye inkişafı tələb edir ki, yeni texnologiyalar gətirilsin. Əlbəttə ki, ilk növbədə, biz bu texnologiyaları dost ölkələrdən gətirmək, əldə etmək istərdik. Biz cənab Prezident Sercio Mattarella ilə bu gün mədəniyyət, təhsil sahələrindəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq və danışıqların sonunda belə bir qərara gəldik ki, bu gün gündəlikdə olan məsələlərlə bağlı bizim heç bir fikir ayrılığımız yoxdur. Bütün məsələlərlə bağlı fikirlərimiz üst-üstə düşür. Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır. Əminəm ki, bu səfərdən sonra əlaqələrimiz daha da möhkəmlənəcək və bundan sonra uzun illər ərzində biz çox səmərəli əməkdaşlıq edəcəyik. Cənab Prezident, Sizi və bütün nümayəndə heyətini Azərbaycanda bir daha salamlayıram, xoş gəlmisiniz”.




 
Bölməyə aid digər xəbərlər
21.10.2018
Prezident Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib YENİLƏNİB
21.10.2018
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib
21.10.2018
Ermənistan ordusu atəşkəs rejimini 27 dəfə pozub
20.10.2018
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
20.10.2018
Neftçalada bu günə kimi 10 min 150 ton ət istehsal olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10296

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info