“İtaliya ATƏT-ə sədrlik çərçivəsində Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək”
Tarix: 18.07.2018 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


“Bizim Azərbaycan ilə ikitərəfli və çoxşaxəli münasibətlərimiz bir az bundan öncə imzaladığımız sazişlərlə də bir daha özünü sübut edir. Mən demək istəyirəm ki, İtaliya tərəfi ATƏT-də sədrliyi çərçivəsində də Azərbaycana öz töhfəsini verəcəyini bir daha vurğulayır. İtaliya xüsusən regionda olan problemlərlə bağlı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcək. Biz istəyirik ki, bu sahə üzrə danışıqların formatlarını dəyişmək əvəzinə, əksinə, regionda təhlükəsizliyi təmin edə biləcək yeni danışıq yolları tapılsın. Çünki bizim fikrimizcə, bu münaqişənin həlli hərbi yolla deyil, siyasi yolla baş verməlidir. Bu həll yolu sabit, uzunmüddətli və beynəlxalq hüquq çərçivəsində olmalıdır”.
 
APA-nın məlumatına görə, bunu İtaliya Prezidenti Sercio Matarella Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
 
“Bir daha əlavə etmək istərdim ki, İtaliya Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişlə bağlı danışıqlarda çox fəal rol oynayır. Hesab edirik ki, bizim ümumi marağımızda olan prioritet məsələlərin daha da inkişaf etdirilməsi Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı çərçivəsində İtaliya-Azərbaycan münasibətlərinə öz töhfəsini verəcək. Cənab Prezident, mən, həmçinin Brüsseldə Qətiyyətli Dəstək sənədinin imzalanması ilə bağlı Sizi bir daha təbrik edirəm. Çünki mən hesab edirəm ki, bu, Azərbaycanın əldə etdiyi uğurlu bir nəticədir. Fikirləşirik ki, bu, daha da inkişaf edəcək. İtaliya NATO çərçivəsində əməkdaşlığına, xüsusən Əfqanıstanda göstərdiyi əməkdaşlığa görə Azərbaycana minnətdarlığını bildirir. Bildiyiniz kimi, İtaliya bu sahədə də öz xüsusi rolunu oynayır. Azərbaycan ilə İtaliya arasında mədəniyyət, iqtisadiyyat və siyasi sahələrdə əməkdaşlıq, eləcə də dostluq münasibətləri mövcuddur. İtaliya həmişə Azərbaycanın inkişafı üçün onun yanında olacaq. Həm qonaqpərvərliyinizə, həm də xoş sözlərinizə görə Sizə təşəkkürümü bildirirəm”, - deyə o vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Yeni sanksiyalar ABŞ-ın İran xalqına qarşı düşmənçiliyinin göstəricisidir
17.10.2018
“İctimai maraqlar müxalifət rəhbərlərini maraqlandırmır”
16.10.2018
“Azərbaycan sabit və təhlükəsiz ölkə kimi tanınıb”
16.10.2018
İlham Əliyevin şəxsində Azərbaycan dünya birliyinin böyük etimadını və hörmətini qazanıb
15.10.2018
Azərbaycanın indiki inkişaf səviyyəsinə gəlib çıxması Prezident İlham Əliyevin planetar təfəkkürünün, geniş və yorulmaz fəaliyyətinin nəticəsidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10277

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”
5 Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info