Dəniz səviyyəsinin qalxması internetdə problemlər yarada bilər
Tarix: 18.07.2018 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Yaxın 15 ildə ABŞ-da dəniz səviyyəsinin qalxmasına görə vacib internet infrastrukturları su altında qala və zədələnə bilər. Bu barədə ABŞ-ın Viskonsi Universitetinin alimlərinin yeni tədqiqatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti yazır ki, hesabat müəllifi professor Pol Berford bildirib ki, qlobal internet üçün bilavasitə risk ondan ibarətdir ki, transokean optik-lif kabelləri iqlim dəyişikliyi ilə əlaqədar olaraq dəniz suyunun basmasına görə yaxın illərdə suyun altında qalacaq enmə meydançalarına malikdirlər.
İnternetin fiziki infrastrukturunun qlobal xəritəsini tədqiq edərək onu ABŞ Milli okean və atmosfer tədqiqatları idarəsi tərəfindən təqdim edilən dəniz səviyyəsinin qalxması üzrə qiymətləndirmə ilə müqayisə edən alimlər daha çox təhlükə törədən avadanlığın yerləşdiyi yeri müəyyənləşdiriblər. Tədqiqatçıların məlumatına görə, o, Nyu-York, Mayami və Sietl şəhərlərində yerləşir.
Professor qeyd edib ki, dəniz səviyyəsinin qalxması enmə meydançaları yüksəkliyə qaldırılmasa, qlobal nasazlıqlara səbəb olacaq. Lakin belə meydançaların sayı azdır və buna görə problemin aradan qaldırılması üçün çoxlu güc və vəsait tələb olunacaq.
Alimlər tərəfindən ən çox narahatlıq doğuran nəticə kimi qısa vaxt ərzində əsas rabitə xətlərinin zədələnəcəyi göstərilir. Təkcə ABŞ-da yaxın 15 ildə 1,9 min km magistral və 3,9 min km yeraltı optik-lif kabeli suyun altında qalacaq. Kabellər suyadavamlı olsa da, tam sukeçirməz deyillər. Duzlu suyun təsiri internetdə, xüsusilə ABŞ-ın infrastruktur mərkəzlərində nasazlıqlara səbəb ola bilər.
Tədqiqatçılar möhkəm ehtiyat boru kəmərləri quraşdıraraq, eləcə də mövcud kabelləri və enmə meydançalarını qoruyucu qatlarla mühafizə edərək nasazlıqların təhlükəsini azaltmağı təklif edirlər. "Məsələ ondadır ki, mövcud internet infrastrukturunun quraşdırılması zamanı iqlim dəyişikliklərinin nəticələri nəzərə alınmayıb. Gələcəkdə bütün infrastrukturda bu nəticələr nəzərə alınmalıdır", - P.Berford vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
17.08.2018
“Ağıllı” eynək insanın baxdığı nöqtəyə avtomatik fokuslanacaq
17.08.2018
“Forbes” jurnalı ən yüksək maaşlı aktrisanın adını açıqlayıb
16.08.2018
Yapon alim insanın üz ifadəsini təkrarlayan robot hazırlayıb
15.08.2018
Müəllimlər tətil etdi, 400 min şagirdin məşğələsi ləğv olundu
15.08.2018
Vyana 2018-ci ildə yaşamaq üçün ən rahat şəhər elan edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9887

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info