Müsabiqədən keçən namizədlərlə söhbətlər iyulun 30-dan başlanılacaq
Tarix: 18.07.2018 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı mayın 26-da keçirilmiş növbəti test imtahanından uğur qazanmış və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə iyulun 30-dan etibarən söhbətlərin keçirilməsinə başlanılacaq.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsahibə Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək. Hər bir namizədə bu barədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcək.
Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək. Təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.
Əlavə məlumatları (012) 538-01-62, (012) 537-05-90 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.10.2018
Astara şəhərində əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır
15.10.2018
Muzdla çalışan işçilərin sayı və əməkhaqqı açıqlanıb
13.10.2018
Badambarda baş verən sürüşmə ilə əlaqədar Qərargah yaradılıb
12.10.2018
Samuxda keçirilən əmək yarmarkasına 241 iş yeri çıxarılıb
11.10.2018
125 əlill və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya vasitələri ilə təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10245

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info