Bu il 600 kəndi əhatə edəcək 2 min km-dən artıq avtomobil yolu çəkiləcək
Tarix: 18.07.2018 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Dövlət başçısının tapşırığı ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi davam edir və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2018-ci ilin 6 ayı ərzində uzunluğu 463,8 km olan avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 7 körpü təmir olunub.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 2018-ci ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclasda deyib.
Sədr ölkə başçısının sədrliyi ilə 2018-ci il 10 yanvar tarixində keçirilən Nazirlər Kabinetinin 2017-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, Prezidentin iqtisadiyyatın bütün sahələri ilə yanaşı, respublikanın avtomobil yollarında yerinə yetirilən işlərdən də danışdığını, 500 məntəqəni əhatə edən 1300 km uzunluğunda yol salındığını, bunun çox böyük göstərici olduğunu xüsusi olaraq vurğuladığını və 2018-ci ildə Dövlət Agentliyi kollektivi qarşısında ən azı 600 kəndi əhatə edəcək 2000 km-dən artıq avtomobil yolu çəkilməsi kimi çox məsuliyyətli tapşırıq qoyduğunu qeyd edib.
Saleh Məmmədov vurğulayıb ki, Prezidentin tapşırığının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən uzunluğu 415,2 km olan respublika əhəmiyyətli 11, Bakı şəhəri üzrə uzunluğu 107,8 km olan 13 və uzunluğu 1527,8 km olan 67 kəndlərarası avtomobil yolu və 2 körpünün bərpası, Sumqayıt şəhərində 2 prospekt və 2 küçənin yenidən qurulması və Bakı şəhərində 5 ədəd piyada keçidinin tikintisi layihəsinin yerinə yetirilməsi nəzərdə tutulurdu.
İdarə Heyətinin sədri Saleh Məmmədov əlavə edib ki, bu layihələrin həyata keçirilməsi nəticəsində 702 yaşayış məntəqəsində yaşayan 2,7 milyon nəfər əhalinin 2050,8 km uzunluğunda rahat avtomobil yollarından istifadə edilməsi təmin olunacaq.
İclas zamanı qeyd olunub ki, ümumilikdə 2018-ciin 6 ayı ərzində Prezidentin imzaladığı sərəncamlara uyğun olaraq, respublikanın 17 rayonunda 23 layihə, o cümlədən 2 respüblika əhəmiyyətli, 17 kəndlərarası, 1 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayit şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri artıq başa çatdırılıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.08.2018
Gömrük Komitəsinin dövlət büdcəsinə daxilolmaları artıb
17.08.2018
SOCAR Bakıda ikinci sıxılmış təbii qaz yanacaqdoldurma məntəqəsini açıb
17.08.2018
Azərbaycan neftinin bir barreli 72,61 dollara satılır
16.08.2018
Yeddi ayda elektrik avadanlıqlarının istehsalı 3 dəfə artıb
16.08.2018
Yarım ildə ölkədə 712,4 min ton dizel və 620,3 min ton benzin istehlak edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9887

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info