Altı ayda 41 minə yaxın yeni vergi ödəyicisi qeydiyyatdan keçib
Tarix: 18.07.2018 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


2018-ci ilin ötən 6 ayı ərzində 6033 hüquqi şəxs, 34673 fiziki şəxs olmaqla 40706 vergi ödəyicisi qeydiyyatdan keçib, 47477 vergi ödəyicisi fəaliyyətini bərpa edib.
Vergilər Nazirliyindən verilən məlumata görə, qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin ümumi sayı fəaliyyətini dayandırmış və vergi uçotu ləğv edilmiş vergi ödəyicilərinin sayından 6681 vergi ödəyicisi qədər çox olub.
Hesabat dövründə 8501 nəzarət kassa aparatı qeydiyyata alınıb, POS-terminalların sayı son bir ildə 36% artıb.
2018-ci ilin yanvar-iyun ayları ərzində qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin sayı 14161 olub, 18092 təsərrüfat subyekti isə fəaliyyətini bərpa edib: "ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artıb. İlk 6 ayda vergi ödəyicilərinin qeydiyyat prosedurlarının təkmilləşdirilməsi və vergi inzibatçılığı proseslərinin sadələşdirilməsi məqsədilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatında istifadə olunan proqram təminatında da bir sıra dəyişikliklər aparılıb. Bundan əlavə, istifadəçilərə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı proseduru çərçivəsində ƏDV məqsədləri üçün qeydiyyat və bank hesabı açmaq üçün şəhadətnamə-dublikat alınması barədə ərizələrin təqdim edilməsi və iş tipli sertifikatın əldə edilməsi imkanları yaradılıb. Yerli investisiyalı kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı ilə bağlı 3 dildə məlumat hazırlanaraq Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilib".
Nazirlikdən bildirilib ki, hesabat dövründə kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin, publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması, qeyri-kommersiya təşkilatlarının, hüquqi şəxslərin filialları, struktur bölmələri və ya digər ayrıca bölmələrinin uçota alınması ilə bağlı təqdim olunmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu real vaxt rejimində yoxlanılıb: "Uçotsuz fəaliyyət göstərən vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin operativ qaydada vergi uçotuna alınması ilə bağlı Vergilər Nazirliyinin aidiyyəti strukturları tərəfindən lazımi tədbirlər həyata keçirilib".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.08.2018
Qusarda yol tikintisinə vəsait ayrılıb
21.08.2018
Dünyada ilk dəfə ən davamlı material hazırlanıb
21.08.2018
Gömrükdən gödəkçəsində siqaret keçirmək istədi
21.08.2018
“AtaBank” bayram günləri müştərilərə xidmət göstərəcək
21.08.2018
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9921

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 “Jeopoliturk.com”: “Azərbaycanın sabitlik, rifah və müstəqilliyi Türkiyə və Qərbi Asiyada sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyətlidir”
5 Lerikdə 28 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə vəsait ayrılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info