AK internetdə yalan informasiyaya qarşı mübarizə üzrə kodeks layihəsi hazırlayıb
Tarix: 18.07.2018 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Avropa Komissiyası internetdə yalan informasiyaya qarşı mübarizə aparılması məqsədilə xüsusi ekspert qrupunun hazırladığı kodeks layihəsini dərc edib. TASS xəbər verir ki, layihədə yer almış beş mühüm istiqamət əsasında Avropa Komissiyası onlayn dezinformasiya həcmini xeyli dərəcədə azaltmağı planlaşdırır. Bu sıraya reklam yerləşdirilməsinin təhlilinin daha da yaxşılaşdırılması, siyasi reklamda şəffaflığın artırılması, pullu kontentin yayılması, feyk akkaunt və botların aşkar edilməsi və pozulması üzrə platforma imkanlarının (o cümlədən sosial şəbəkələr) genişləndirilməsi, istifadəçilərin alternativ informasiya mənbələri tapması üçün axtarışın sadələşdirilməsi məsələləri daxildir. Kodeks Avropa Komissiyası tərəfindən sentyabrın sonunda təsdiq edilməlidir. Bununla yanaşı, sənəddə feyk informasiyanın dəqiq müəyyənləşdirilməsi və onu alternativdən ayırma məsələləri əksini tapmayıb. Bu problem Avropa KİV-lərində getdikcə daha geniş yayılır. Belə ki, alternativ nöqteyi-nəzər avtomatik olaraq feyk kimi təsnif edilir. Bir çox ekspertlər isə feyklərə qarşı mübarizə kampaniyasının senzura təsisatlarına çevrilmə riski barədə xəbərdarlıq edirlər.




 
Bölməyə aid digər xəbərlər
15.10.2018
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə 202 Proqram qəbul edilib
15.10.2018
“Azərbaycan son 15 ildə Prezidentin rəhbərliyi ilə xarici siyasət sahəsində ciddi uğurlara imza atıb”
15.10.2018
Azərbaycan vətəndaşları üçün Almaniyaya viza verilməsi prosesi sadələşdirilə bilər
12.10.2018
Söz azadlığından danışan müxalifət niyə Qurban Məmmədovun “səsini boğdu”?
12.10.2018
Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsinə insan hüquqları donu geyindirməsi cəhdləri cəfəngiyatdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10251

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info