“Cənubi Qafqaz regionunda media azadlığı“
Tarix: 18.07.2018 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Hikmət Hacıyev: “ATƏT məkanında bir sıra təşkilatlar media azadlığı adı altında dezinformasiya və təbliğat kampaniyası aparır”

Tbilisidə ATƏT-in Media Azadlıqları Ofisinin təşkilatçılığı və Almaniya hökumətinin maliyyə dəstəyi ilə "Cənubi Qafqaz regionunda media azadlığı" adlı beynəlxalq konfrans keçirilir. İki gün davam edəcək konfransda, əsasən, media azadlığının əsas prinsipləri, bu sahədə qarşıda duran əsas vəzifələr, jurnalistlərin təhlükəsizliyi, jurnalist etikası, cəmiyyətə dəqiq, qərəzsiz və dolğun informasiyaların çatdırılmasında jurnalistlərin üzərinə düşən vəzifələr və s. məsələlər müzakirə olunur. Tədbirdə iştirak edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib ki, konfransda ölkəmizdə media azadlığı, KİV-lərin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat veriləcək. Bundan başqa, konfransda mətbuat azadlığından sui-istifadə halları, media azadlığı pərdəsi arxasında ATƏT-ə üzv dövlətlərə, o cümlədən Azərbaycana qarşı qərəzli kampaniyaların aparılması məsələləri diqqət mərkəzində olacaq. Konfransda Azərbaycan, Gürcüstan, Ermənistan və digər ölkələrin dövlət və hökumət rəsmiləri, deputatlar, media nümayəndələri iştirak edirlər. Konfransda müzakirələr zamanı Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib ki, bəzən ATƏT məkanında təşkilata üzv ölkələrin ərazisində fəaliyyət göstərən bir sıra təşkilatlar media azadlığı adı altında üzv dövlətlərə qarşı konkret dezinformasiya və təbliğat kampaniyası aparır. O bildirib ki, belə təşkilatlardan biri də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsidir. Konfransda iştirak edən layihə nümayəndəsinə müraciət edən H. Hacıyev qeyd edib ki, bu təşkilat 2017-ci ilin payızında Azərbaycana qarşı “laundromat” adı altında tamamilə əsassız materiallar hazırlayıb: “Həmin materiallarda hər hansı araşdırma və fakt ortaya qoyulmadan Azərbaycan əleyhinə kampaniya aparılıb. Biz bunu bilavasitə “soyuq müharibə” dövrünü xatırladan informasiya kampaniyası kimi qiymətləndiririk”. XİN sözçüsü ATƏT məkanında bu cür media təsisatların fəaliyyətinin təəssüf doğurduğunu vurğulayıb: “Hesab edirik ki, ATƏT-in Media azadlığı ofisi bu cür təşkilatlara üzv ölkələrdə bu kimi fəaliyyət aparmağa imkan verməməlidir. Təəssüf doğuran məqam odur ki, bu cür təşkilatları maliyyələşdirənlər arasında ATƏT-ə üzv ölkələr də var”.




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
“Jeopoliturk.com”: “Azərbaycanın sabitlik, rifah və müstəqilliyi Türkiyə və Qərbi Asiyada sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyətlidir”
20.08.2018
Yeni hərracda özəlləşdirməyə 172 dövlət əmlakı çıxarılıb
20.08.2018
Sahibkarların müvafiq assosiasiyalarda birləşməsi dəstəklənəcək
20.08.2018
Gömrük Komitəsinə 1,5 milyon elektron müraciət daxil olub
20.08.2018
SOCAR Banqladeşdə fəaliyyətini genişləndirmək istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9914

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info