Putin-Tramp görüşünün tərcüməçisi ifadə verə bilər
Tarix: 19.07.2018 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


“Həmin tərcüməçi bizə Trampın Putinə nələri vəd etdiyini öyrənməkdə yardımçı ola bilər”

Konqresmen Kennedi: “Tərcüməçi Konqresdə ifadə verməli və bununla da Trampın Putinlə şəxsi zəmində nələri müzakirə etdiyi aydınlaşmalıdır: “Əgər respublikaçılar, doğrudan da, həmin görüşlə bağlı qəzəblidirlərsə, onda həmin tərcüməçini dərhal dəvət etsinlər”

“Avropanın miqrasiya siyasəti fəlakətdir.” Bunu ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib. “Mən Avropa İttifaqının nümayəndələrinə deyirdim – sizin miqrasiya siyasətiniz fəlakətdir, siz Avropanı dağıdırsınız, mədəniyyətinizi məhv edirsiniz. Həmin regionlarda cinayətkarlıq artır, siz buna qarşı nə isə etməlisiniz. Deyirdim ki, yalnız rəqəmlərə nəzər yetirin”- deyə Tramp qeyd edib. Bundan əvvəl ABŞ prezidenti özünün “Twitter” səhifəsində yazıb ki, miqrantları qəbul etdikdən sonra Almaniyada cinayətkarlıq 10 faiz artıb. Tramp qeyd edib ki, rəsmi Tehran təşəbbüs göstərərsə, İranın nüvə proqramına dair yeni saziş bağlana bilər: “Bildiyiniz kimi, biz İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxmışıq. Bu İrana mənfi təsir göstərib, əhəmiyyətli dərəcədə zəiflədib. Ümid edirəm ki, müəyyən bir anda onlar bizə zəng edərək müvafiq təşəbbüs göstərəcək və yeni bir saziş bağlanacaq. Bu ola da bilər, olmaya da bilər”. ABŞ prezidenti Donald Tramp qeyd edib ki,
ABŞ-Rusiya münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşıb: “Rusiya ilə münasibətlərimiz indiyədək belə pis olmamışdı, lakin indi əhəmiyyətli dərəcədə yaxşılaşıb, gələcəkdə daha da yaxşılaşa bilər”. Eyni zamanda Tramp Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını bildirib. ABŞ prezidenti, həmçinin Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair kəşfiyyatın nəticəsi ilə razılaşdığını bildirib: “Mən kəşfiyyatın rəyini qəbul edirəm, lakin sövdələşmə olmayıb”. ABŞ-ın müdafiə naziri Ceyms Mettis isə rusiyalı həmkarı Sergey Şoyqu ilə danışıqlar aparmağa hazır olduğunu deyib. “Reuters” söhbətin şəxsi görüş və yaxud telefon danışığından getdiyini dəqiqləşdirməyib. Rəsmi mənbələr məlumatı nə təsdiq, nə də təkzib edib. “Hazırda bu barədə heç nə deyə bilmərəm. Hər hansı dəyişiklik baş versə, sizi məlumatlandıracağıq” - deyə “RİA Novosti” agentliyinin sorğusunu cavablandıran Pentaqonun mətbuat xidmətinin əməkdaşı bildirib. Qeyd edək ki, Tramp-Putin görüşü ABŞ-da böyük narazılıq yaradıb. Demokratlar Partiyasının təmsilçiləri artıq əməli addımlar atmağa başlayıblar. Nyu-Hempşir ştatından olan senator Cin Şahin Konqresin xüsusi toplantısının çağırılmasını və Tramp-Putin görüşündə ABŞ dövlət başçısının tərcüməçisi olmuş şəxsin həmin toplantıda ifadə verməsini tələb edib: “Mən xüsusi toplantı çağırılmasını tələb edirəm. Həmin toplantıda Putinlə görüşdə Trampın tərcüməçisi olmuş şəxs də iştirak etməlidir. Ancaq bu yolla onların gizli şəkildə nələri müzakirə etdiyini öyrənə bilərik. Həmin tərcüməçi bizə Trampın Putinə nələri vəd etdiyini öyrənməkdə yardımçı ola bilər”. Demokratlar Partiyasının başqa bir üzvü, konqresmen Co Kennedi də analoji tələblə çıxış edib. O hesab edir ki, tərcüməçi Konqresdə ifadə verməli və bununla da Trampın Putinlə şəxsi zəmində nələri müzakirə etdiyi aydınlaşmalıdır: “Əgər respublikaçılar, doğrudan da, həmin görüşlə bağlı qəzəblidirlərsə, onda həmin tərcüməçini dərhal dəvət etsinlər”. “Huffington Post” yazır ki, Cin Şahin hazırda xüsusi toplantının keçirilməsi üçün imza toplayır və həmin imzalar Senatın xarici əlaqələr komitəsinin rəhbəri Bob Korkerə təqdim ediləcək.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluq binasında öldüyünü təsdiq edib
19.10.2018
Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
18.10.2018
San-Fransiskoda Müstəqillik Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edilib
18.10.2018
Haiti prezidentinə qarşı uğursuz sui-qəsd cəhdi olub
18.10.2018
ABŞ nümayəndəsinin BMT-dəki çıxışı kubalı diplomatların sərt etirazına səbəb olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10297

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info