ASK ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək
Tarix: 18.07.2018 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


İşəgötürənlərin sifarişləri əsasında ilk peşə-ixtisas təhsili müəssisələrində və iş yerlərində əlavə təhsil kursları da təşkil edilə bilər

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının heyəti ilə görüş keçirilib. Görüşün əsas məqsədi 2016-cı ildə qəbul olunmuş strateji yol xəritələrində peşə təhsilinin rolu və bu sahənin inkişafında işəgötürənlərlə birgə əməkdaşlıq, şagirdlərdə sahibkarlıq təfəkkürünün inkişafı, məktəb yaşlarından şagirdlərdə “gələcəyin sahibkarı” ideyasının formalaşması, gələcək layihələrdə birgə əməkdaşlıq və s. məsələlərlə bağlı olub.
Görüş zamanı bildirilib ki, ilk peşə-ixtisas təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramlar hazırlanmalı və həyata keçirilməlidir. İstehsalat bazalarının müasirləşdirilməsi və inkişafı üçün sahibkarlar da bu işə yaxından cəlb edilməlidirlər. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası bu istiqamətdə birgə əməkdaşlıq edə bilər. Belə ki, işəgötürənlərin sifarişləri əsasında ilk peşə-ixtisas təhsili müəssisələrində və iş yerlərində əlavə təhsil kursları da təşkil edilə bilər. Gələcəkdə əmək bazarının tələblərinə müvafiq olaraq, ilk peşə-ixtisas təhsili üzrə ixtisaslar formalaşan zaman işəgötürənlərin təklifləri dəyərləndirilərsə, məzunların iş tapmaq problemləri aradan qalxar.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmiləri bildiriblər ki, təhsil alanların bilik və bacarıqlarının inkişafı istiqamətində əməkdaşlığa hazırdırlar. Daha sonra peşə təhsilində mövcud problemlər və bu istiqamətdə aparılan islahatlar haqqında geniş məlumat verilib, peşə təhsilinin inkişafı üçün zəruri addımlar müzakirə olunub. Görüş zamanı işəgötürənlərin buraxılış imtahanlarına cəlbi, kadrların bazarın tələblərinə uyğun hazırlanması zamanı lazımi addımlar müzakirə edilib. Bildirilib ki, birgə əməkdaşlıq dövlət-biznes tərəfdaşlığına təkan verəcək.
ASK-nın vitse-prezidenti Vüqar Zeynalov əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında və işlək peşə təhsili modelinin qurulmasında işəgötürənlərlə birgə əməkdaşlığın gələcəkdə bu sahənin inkişafında əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirib. Daha sonra Vüqar Zeynalov Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən həyata keçirilən “Cənubi Qafqazda məşğulluq səviyyəsinin yüksəldilməsi və sahibkarların peşə təhsilinə verə biləcəyi dəstək” adlı layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, gənclər arasında məşğuliyyətin artırılması istiqamətində, Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən Almaniya İqtisadi İnkişaf Fondu və BildungswerkderWirtschaftgGmbH vasitəsilə maliyyələşdirilən layihə 3 ildir ki, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən icra olunur. Layihənin əsas və ən ali məqsədi, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikasında gənclər arasında məşğuliyyət perspektivlərinin artırılması və işəgötürən birliklər və özəl sektor şirkətlərinin peşə təlimində mütəmadi iştirakından ibarətdir. Qeyd olunub ki, hədəflərinə çatmaq üçün layihədə dörd istiqamət həyata keçirilib. Bunlar əmək bazarında ehtiyac duyulan sahələrin araşdırılması və təhlili, “İş yerləri təlim ocağı kimi”, sahibkarlıq təfəkkürünün artırılması, “Məktəblər təlim ocağı kimi” konseptinin praktik qavranılmasının təşviq metodları əsasında hazırlanması və sınaqdan keçirilməsi, işəgötürənlər birlikləri və sənaye qurumları arasındakı peşə təlim sahəsi üzrə əməkdaşlıqdır. Görüşün sonunda peşə təhsili sahəsində tərəfdaşlıq mexanizmi, dərsliklərin hazırlanması və mütəxəssislərin təhsil sisteminə cəlbi istiqamətində birgə əməkdaşlığa dair razılığa gəlinib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.08.2018
Gürcüstanın Baş naziri müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib
21.08.2018
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçiriləcək
21.08.2018
Dünya turizm bazarı: Türkiyə “50 milyon turist, 50 milyard dollar gəlir“ hədəfləyib
21.08.2018
Qurban bayramı münasibətilə ƏƏSMN-də tədbir keçirilib
21.08.2018
“İcra hakimiyyətləri ilə birgə aparılan işlər nəticəsində problemlərin bir qismi aradan qaldırılıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9921

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 “Jeopoliturk.com”: “Azərbaycanın sabitlik, rifah və müstəqilliyi Türkiyə və Qərbi Asiyada sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyətlidir”
5 Lerikdə 28 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə vəsait ayrılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info