“Qarabağ” klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib
Tarix: 19.07.2018 | Saat: 03:33:00 | E-mail | Çapa göndər



Azərbaycan çempionu “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, iyulun 18-də turnirin birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda Sloveniyanın “Olimpiya” komandasını qəbul edib.
İsrailli baş hakim Erez Papirin idarə etdiyi oyunun ilk hissəsində komandalar təhlükəli vəziyyətlər yaratsalar da, top qapıdan keçməyib. Matçın ilk hissəsində hesab açılmayıb.
İkinci hissəyə komandalar daha fəal başlayıblar. Ancaq baxımlı oyun nümayiş etdirən futbolçular ikinci hissədə də fərqlənə bilməyiblər.
Beləliklə, “Qarabağ”-“Olimpiya” matçında hesab açılmayıb.
Komandalar arasında Sloveniyada keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb. İki oyunun nəticəsinə görə, Azərbaycan çempionu turnirin ikinci təsnifat mərhələsinə adlayıb. Bu mərhələdə komandamızın rəqibi Albaniyanın “Kukesi” klubu olacaq.
“Qarabağ” – “Olimpiya” qarşılaşması Ağdam təmsilçisinin iki futbolçusu üçün əlamətdar olub. Belə ki, Dani Kintana “Qarabağ”ın heyətində 30-cu avrokubok görüşünü keçirib. Ansi Aqolli isə “Qarabağ”da ümumilikdə 300-cü matçına çıxıb.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“Neftçi” səfərdə “Sabah”ın qapısından iki cavabsız top keçirib
19.04.2019
Sumoçumuz Avropa çempionatında iki qızıl medal qazanıb
19.04.2019
Messi Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu oldu
19.04.2019
UEFA Avropa Liqasının bütün yarımfinalçıları məlum olub
19.04.2019
Futbol üzrə Şotlandiya millisinin baş məşqçisi istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info