Tovuzda kartof güvəsinə qarşı kimyəvi mübarizə aparılır
Tarix: 19.07.2018 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Tovuz rayonunda kartof əkini sahələrində karantin zərərvericisi olan kartof güvəsinə (Phthorimaea operculella Zell.) qarşı kimyəvi mübarizə tədbirləri davam edir.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib.
Məlumata əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Tovuz rayonu Bitki Mühafizəsi Mərkəzinin (BMM) mütəxəssisləri tərəfindən Tovuz rayon Aşağı Öysüzlü kənd sakini sahibkar Kamal Ələsgərova məxsus 60 hektar və Aşağı Quşçu kənd sakini fermer Şamil Əliyevə məxsus 5 hektar kartof sahələrində kartof güvəsinə qarşı kimyəvi mübarizə tədbirləri aparılıb. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən mübarizə tədbirlərində Asetisuper preparatından (0,2 kq/1 ha) istifadə edilib.
Qeyd olunub ki, Tovuz rayonu BMM-nin mütəxəssisləri kartof güvəsinə qarşı aparılan mübarizə çərçivəsində kartof yığımı başlanmış sahələrdə monitorinqlər həyata keçiriblər.
Monitorinq zamanı müəyyən olunub ki, fermerlər yığılan məhsulu açıq sahələrdə toplanmış vəziyyətdə yığaraq saxlayır və üstünü də sahədən çalınmış bitki qalıqları ilə qarışıq ot və taxıl sahələrindən çalınmış küləşlə örtürlər. Bu adıçəkilən zərərvericinin daha geniş yayılmasına əlverişli şərait yaradır. Mütəxəssislər məhsulun bu qaydada saxlanılmasının yolverilməz olduğunu söyləyərək müvafiq tövsiyələr veriblər. Fermerlər isə bu tövsiyələrə əməl etməyərək məhsulu açıq sahədə saxlamaqda davam edirlər.
Hazırda Tovuz rayonu ərazisində kartof güvəsinə qarşı kimyəvi mübarizə işləri davam etdirilir.
Kartof güvəsi (Phthorimaea operculella Zell.) kartofun, badımcanın, tütünün, eləcə də quşüzümü fəsiləsinə aid digər mədəni və yabanı bitkilərin karantin tətbiq edilən zərərvericisidir.
Bu zərərverici Azərbaycanda son illər əsasən Cəlilabad, Masallı, Lənkəran, Astara, Samux, Şəmkir və Tovuz rayonlarında müşahidə edilir. Respublikada il ərzində 5-6 nəsil verməsi güman edilir, yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır. Kartofa çox ciddi zərər vurur, zədələnmiş yumrular tez xarab olur, xəstəliklərə güclü yoluxur, görkəmini və keyfiyyətini itirir.
Kartof güvəsinin təcrid və məhv edilməsi məqsədilə aşağıdakı əkindən əvvəl toxum materialı seçilməli və yoluxmuş yumrular məhv edilməlidir. Torpağın tipindən asılı olaraq əkin maksimum dərin aparılmalı və növbəli əkin tətbiq edilməlidir.
Kartof yumrularına yoluxmuş zərərvericini məhv etmək üçün fumiqasiya tədbirləri aparılmalı və yumrular cücərdikdən ən geci 10 gün sonra fumiqasiya olunmalıdır. Vegetasiya müddətində kartof güvəsinə qarşı aşağıda göstərilən insektisidlərdən birindən – siperkor (0,1-0,16 litr/1 ha), korumaqor (2.2-2,5 litr/ 1 ha), Danadim (1,4-1,9 litr/1 ha – toxumluq əkinlərində), Kral (0,15-0.3 litr/1 ha) istifadə edilməklə mübarizənin aparılması məqsədəuyğundur. Zərərvericiyə qarşı vegetasiya müddətində lepidosid (0,7 kq/1 ha) bioloji preparatından da istifadə olunur.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
14.12.2018
Tovuzun iki kəndi “mavi yanacaq”la təmin edilib
14.12.2018
Külli miqdarda elektron siqaretin gətirilməsinin qarşısı alınıb
13.12.2018
Bakı Baş Gömrük İdarəsində könüllü qanvermə aksiyası keçirilib
13.12.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info