Tələbələr Türkiyədəki təcrübələrini uğurla başa vurublar
Tarix: 19.07.2018 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin (NDU) tibb fakültəsinin tələbələri Türkiyənin müxtəlif universitetləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində qardaş ölkənin ali məktəblərində yay istehsalat təcrübəsi keçiblər.
NDU-nun televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Türkiyənin Ərzurum Atatürk, Trabzon Qaradəniz Texnik, Ərzincan Binəli Yıldırım, Kayseri Erciyes universitetlərinin kliniki xəstəxanalarındakı təcrübədə ümumilikdə 115 nəfərlik tələbə-müəllim heyəti iştirak edib. NDU-nun tələbələri cərrahiyyə, pediatriya, təcili tibbi yardım, ginekologiya və terapiya şöbələrində qrafik üzrə praktik məşğələlərdə, xəstələrin müayinə və müalicələrində iştirak ediblər. Universitetin oftalmologiya, qulaq-burun-boğaz, dermatologiya ixtisasları üzrə rezident-həkimləri müayinə və müalicə proseslərində öz bilik və bacarıqlarını artırıblar. Tələbələr, həmçinin türkiyəli həkimlərin mühazirələrini dinləyiblər. Rezidentlər isə kardiologiya ixtisası üzrə sərbəst xəstə müayinəsi aparıblar.
Naxçıvan Dövlət Universitetinin Qaradəniz Texniki Universiteti ilə bağladığı müqaviləyə əsasən, tələbələr bu il ilk dəfə Trabzon şəhərində də təcrübə kursu keçiblər. Universitetlərarası razılaşmaya əsasən, həmin universitetin tibb, əczaçılıq və stomatologiya fakültələrinin professor-müəllim heyəti növbəti tədris ilində NDU-da dərs deyəcək.
Tələbələr təcrübə dövründə müxtəlif şəhərlərin mədəniyyət mərkəzləri və tarixi abidələri ilə tanış olmaq imkanı da əldə ediblər. Qardaş ölkədə xüsusi qayğı ilə əhatə olunan tələbələr Ərzincan valisi və Ərzincanın Sağlıq Müdiri ilə görüşüblər.
Qeyd edək ki, NDU-da baytarlıq ixtisası üzrə təhsil alan tələbələr hazırda Qars Qafqaz Universitetində təcrübə keçirlər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır
23.03.2019
Ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info