“Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
Tarix: 19.07.2018 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Şəhla İsayeva: “Avqust ayında pakistanlı xanım iş adamlarından ibarət 20 nəfərlik bir heyətlə Azərbaycana gələcəyik”

Pakistan Azərbaycana dost ölkədir. Buna baxmayaraq, Pakistanda Azərbaycan diasporu hələ ki, tam formalaşmayıb. Amma 11 ildən artıqdır ki, Pakistanda yaşayan Şəhla İsayeva daima Azərbaycanının təbliğatını aparır. Əslində, diaspor olmaq üçün hansısa diaspor təşkilatında təmsil olunmaq önəmli deyil. Şəhla İsayeva ölkəmizin tanıtımını aparmaqla artıq Pakistanda diasporumuzun pionerinə çevrilib. Xatırladaq ki, Şəhla Rahib qızı İsayeva 1971-ci ildə Sabirabad şəhərində doğulub. İndiki Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 2005-ci ildə pakistanlı iş adamı Anislə ailə həyatı qurub. İki əkiz oğlanları var.
Onu da əlavə edək ki, Şəhla xanım Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidentidir. Həyat yoldaşı isə Türkiyənin Sənayeçilər və İş adamları Dərnəyinin (TUMSİAD) Pakistan üzrə rəhbəridir. Eyni zamanda “Universal travel” agentliyinin prezidentidir. Şəhla İsayeva hər iki təşkilatda vitse-prezident olaraq təmsil olunur.
-Nə vaxtsa Pakistanda diaspor təşkilatı yaratmaq fikriniz varmı?
- Biz də düşünürük ki, Azərbaycanın Pakistanda diasporu olsun. Amma soydaşlarımızın sayı hələ ki, burada istənilən səviyyədə deyil. Hətta Diasporla İş üzrə Dövlət Komitəsinin də bu haqda məlumatı var. Mənə burada diaspor təşkilatını yaratmağı bir neçə nəfər təklif edib. Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ilə də bu haqda danışmışıq. Çünki Azərbaycanla Pakistanın dostluq əlaqələri genişlənir. Azərbaycandan bura biznes üçün gələnlərinin sayı artmaq üzrədir. Budan sonra diaspor təşkilatı yaratmaq bizə asan olacaq. Diaspor təşkilatının yaradılması təbliğat üçün çox önəmlidir. Pakistanda diaspor təşkilatımızın yaradılması hamımızı sevindirər.
- Yəqin ki, orada Azərbaycanın hər hansı təbliğatını aparmaq çətin olmaz...
- Pakistan da Azərbaycan kimi müsəlman ölkəsidir. Ona görə də burada təbliğat aparmaq çətin deyil. Mən gücüm çatan qədər təbliğat aparıram və bundan sonra da bu işimi davam etdirəcəyəm.
- Pakistandakı səfirliyimizin tədbirlərinə qatılırsınızmı?
- Əlbəttə, Pakistandakı səfirliyimizin, eləcə də digər ölkələrin səfirliklərinin tədbirlərinə qatılıram. Biz Pakistanın Lahor şəhərində yaşayırıq. Lahorla İslamabadın arasında 400 km-ə yaxın məsafə var. Amma, buna baxmayaraq, dəvət olunan bütün tədbirlərdə iştirak edirəm. Orda Azərbaycanımız haqqında çıxışlar da edirəm, yerli xalqı məlumatlandırıram. Ayrıca səfirliyimizdən məlumat xarakterli çap materiallar götürüb Lahorda da paylayıram. Onlar bizim ölkəmiz haqqında eşitdikdə çox məmnun olurlar.
- Bəs övladlarınızı Azərbaycanı necə tanıyırlar?
- Mənim övladlarım Azərbaycanı məndən də çox istəyirlər. Çünki onlar gözlərini açandan mən Azərbaycandan danışıram. Uşaqlarımın Azərbaycana o qədər məhəbbəti var ki, onları heç cür Pakistanda saxlamaq mümkün deyil.
- Pakistanın iş adamlarının Azərbaycana səfəri üçün hər hansı təşəbbüs göstəmisinizmi?
- İyulun 4-də Pakistandan Azərbaycana bir qrup iş adamı biznes-forumda iştirak etmək üçün getdi.
Avqust ayında pakistanlı xanım iş adamlarından ibarət 20 nəfərlik bir heyətlə Azərbaycana gələcəyik. Məqsədimiz onları Azərbaycanda gəzdirmək, biznes əməkdaşlığı yaratmaqdır.
Mən həm də “Universal travel” agentliyində təmsil olunuram. Bu il 7 mindən çox turist Pakistandan Azərbaycan gedib. Bunların müəyyən hissəsi bizim agentlik tərəfindən göndərilib. Bu turistlərin 90 faizi iş adamıdır.
-Pakistanın biznes aləminə də yaxın soydaşımızsınız. İki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişafı üçün hansı addımlar atmaq olar?
- Ötən il azərbaycanlı iş adamları Pakistana gəlmişdilər. Daha sonra səfirliyimizin təşkilatçılığı ilə onlar Lahora gəldilər. Burada Ticarət evinin rəhbərliyi ilə görüşdülər, iş adamları ilə danışıqlar apardılar. Mənim həyat yoldaşın da iş adamıdır. Səfirliyin biznes-forumlarında hər zaman iştirak edir. Səfirliyimizin də əsas məqsədlərindən biri azərbaycanlı və pakistanlı iş adamlarının əlaqələrini gücləndirməkdir.
İki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişafı üçün Pakistanın böyük şəhərlərində çoxlu təbliğat aparılmalıdır, tədbirlər keçirilməlidir. Bu baxımdan, səfirimiz Əli Əlizadə fəal iş görür. Səfir Əli Əlizadə gələndən sonra Azərbaycanın Pakistanda təbliğatı daha da gücləndirildi. Hansı ki, pakistanlıların əksəriyyəti bilmirdi ki, Azərbaycan haradadır. Onlar, hətta bizim türk olmağımız belə, bilmirdilər.
-Maraqlıdır, Azərbaycanının təbliği işində həyat yoldaşınız sizə dəstək göstərirmi?
- Bu işdə həyat yoldaşım həddindən çox mənə dəstək olur. Məsələn, bu il səfirliyimiz Lahorda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirdi. Bu tədbirin bəzi təşkilati məsələlərinin həlli üçün həyat yoldaşım da əlindən gələni əsirgəmədi.
-Kənardan Azərbaycanın inkişafı necə görünür?
-Azərbaycan xaricdən çox gözəl görünür. Mən hər yerdə ölkəmiz haqqında ağızdolusu danışıram. Bu yaxınlarda pakistanlı qadın biznesmenlər məni bir tədbirə dəvət etmişdilər. O qədər sual verdilər, hamısına cavab verdim. Mən onlara anlatdım ki, Azərbaycan təbiətən gözəl ölkədir.
Ona görə hər bir soydaşımızdan istəyim budur ki, Vətənimizi sevsin, qorusun, qədrini bilsin. Bizim Prezidentimiz öz işini çox gözəl bilir. Azərbaycanın 10 milyona yaxın əhalisi var, amma dünya miqyasında tanınır.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
13.12.2018
“Siegen Universitetində istənilən vaxt dərsə gəlmək və getmək olur, icazə almağa da ehtiyac yoxdur”
10.12.2018
“Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”
05.12.2018
“Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info