“Lenta.ru”: “Brüsseldə Paşinyanı sındırdılar”
Tarix: 20.07.2018 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


“Lenta.ru” saytında yayılan məqalədə qeyd edilir ki, Rusiya üçün ikinci Ukrayna variantı ortaya çıxıb. Konstantin Lyapunovun müəllifi olduğu məqalədə Ermənistan baş naziri Paşinyanın Brüssel səfərinin uğursuz olduğu və onun “sındırıldığı” qeyd edilib. Məqalədə qeyd edilir ki,
son vaxtlara qədər Ermənistan Qafqazda Rusiyaya ən yaxın dövlət idi. Amma indi Rusiya ilə Ermənistan arasında münasibətlərin gələcəyi ilə bağlı düşünmək lazımdır. Müəllif yazır ki, Ermənistanın yeni baş naziri Paşinyanın siyasəti belə nəticəyə gəlməyə əsas verir: “Paşinyan Ukrayna dövlət başçısı Poroşenkonun addımlarını olduğu kimi təkrarlamağa başlayıb”. Məqalədə qeyd edilir ki, Paşinyan xarici siyasətdə dəyişiklik etməyə və Rusiyaya düşmən blok olan NATO-ya hansısa şəkildə inteqrasiya kursu seçməyə başlayıb: “NATO-nun Brüssel sammitinə qatılan yeganə KTMT üzvü olan dövlət rəsmisi Paşinyan oldu”. Müəllif qeyd edir ki, Paşinyanın sammitdə iştirakını təsadüf kimi dəyərləndirmək olmaz. Məqalədə qeyd edilir ki, Paşinyanın qurduğu hökumətdə yer alan kadrların əksəriyyəti rusofobdur: “Onların arasında ABŞ-da təhsil almış və Soros Fondunun proqram koordinatoru olmuş Babken Ter-Qriqoryan da var. Bu şəxs müdafiə nazirinin müavini təyin edilib. Əmək naziri Mane Tandilyan ölkənin Avrasiya İttifaqından çıxması üçün təbliğat aparır. Mədəniyyət naziri Lilit Makunç isə MKİ-yə bağlı olan ABŞ Sülh Korpusunda çalışıb”. Məqalədə qeyd edilir ki. Paşinyanın Brüssel səfəri Ermənistan mediasında böyük uğur kimi təqdim edilib. Paşinyanın tədbirə qatılan dövlət başçıları ilə fotoları geniş şəkildə yayılıb. Amma həmin görüşlərlə bağlı məlumatlar yoxdur. Yəni, həmin fotolar sadəcə protokol xarakterli olub və heç kim onunla ciddi danışıqlar aparmayıb: “Bəzi KİV-lər yazır ki, Paşinyan qapının yanında Trampı gözləyirmiş ki, onun əlini sıxsın. Amma görəndə ki, Tramp başqa qapıdan çıxır, sprinter sürəti ilə ora qaçaraq şəkil çəkdirib. Digər dövlət başçıları ilə fotoları da belə çəkdirib”. Müəllif yazır ki, bu metodlardan Ukrayna dövlət başçısı Poroşenko da aktiv şəkildə istifadə edir. Paşinyan Brüsseldə “Euronews” kanalına verdiyi müsahibədə qeyd edib ki, NATO Azərbaycana “güclü mesaj” göndərməlidir. Deyib ki, əgər, Azərbaycan Dağlıq Qarabağı qaytarmaq istəyirsə, bu dünya demokratiyasına təhdid kimi qəbul edilməlidir. Onun bu açıqlaması NATO rəhbərliyinin təəccübünə səbəb olub. Axı, Qərbdə dəfələrlə elan ediblər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və şübhəli avantüralarda iştirak etmək istəmirlər”.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.10.2018
“Ermənistanın yeni hökuməti idarəçiliyə peşəkarları cəlb etmir”
13.10.2018
Koçaryan: “Parlament seçkiləri Paşinyan üçün “zəfər”, dövlətçilik üçün ciddi bir məğlubiyyət olacaq“
12.10.2018
Washington Times: Ermənistanda anarxiya, qanunsuzluq və qarışıqlıq hökm sürür
12.10.2018
Gürcüstanın Azərbaycana 8 milyon dollara yaxın borcu var
12.10.2018
Diaspor rəhbəri Misir Parlamentinin komitə sədri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10246

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info