“Azərbaycançılıq ideologiyası məktəblərdən təbliğ olunmalıdır”
Tarix: 20.07.2018 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib. Tədbiri açan Fondun icraçı direktoru Mehman İsmayılov ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının formalaşmasındakı, mənəvi dəyərlərin təbliğindəki fəaliyyətinin işıqlandırılması, eyni zamanda gənclərin Ulu Öndərin dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətindəki əvəzsiz rolu barədə danışıb. O bildirib ki, Fondun əsas fəaliyyət istiqaməti ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyasını təbliğ etməkdir. Fondun məqsədi vətəndaşların dini etiqad azadlığını həyata keçirmək üçün dini qurumlara dövlət dəstəyinin göstərilməsidir. İcraçı direktor deyib ki, ölkəmizdə vaxtilə bu sahədə atılan addım Azərbaycanın dünyaya inteqrasiyasında xüsusi yerə malikdir. Azərbaycançılıq ideologiyası tolerant mühitin formalaşmasına geniş imkanlar yaradıb. Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyət istiqamətlərindən danışan M.İsmayılov deyib ki, Prezidentin fərmanı ilə yaradılan Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərir. Fondun tərkibində Mənəvi Dəyərlərin Təbliği üzrə Məşvərətçi Komitənin yaradıldığını bildirən icraçı direktor mənəvi dəyərlərin və azərbaycançılıq məfkurəsinin təbliği ilə bağlı maarifləndirici tədbirlərin, müxtəlif fond və mərkəzlərlə birgə seminarların, konfransların və xeyriyyəçilik fəaliyyətinin təşkili, kitab nəşri, eyni zamanda televiziya kanallarında və radiolarda mənəvi dəyərlərlə bağlı verilişlərin və sosial çarxların verilməsi istiqamətində işlərin davam etdirildiyini deyib.
“Mənəvi dəyərlərin təbliği işində Heydər Əliyev siyasəti” adlı məruzə ilə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, ideologiya bir xalqın adət-ənənəsini, həyat tərzini, yaşam formasını və fəaliyyət istiqamətlərini özündə ehtiva edən baxışlar sistemidir. O, insanların gündəlik şüurunu nəzəri-konseptual səviyyəyə qaldıraraq, məxsus olduğu sosiumun inkişaf yolunda digər həmvətənləri ilə sıx birləşməyi həyata keçirir. Qeyd edilib ki, müasir tariximizdə dəfələrlə antiazərbaycan dairələr tərəfindən dövlətçiliyimizin sarsıdılması istiqamətində təxribatlar törədilərkən xalq öz lideri Ulu Öndər Heydər Əliyevin ətrafında birləşib, mövqeyini ortaya qoymaqla dövləti, dövlətçiliyi müdafiə edib. Məhz azərbaycançılıq ideologiyasını mənimsəmiş cəmiyyətimiz ölkənin inkişafı üçün doğru yolu seçməkdə kütləvi siyasi iradə və davranış ortaya qoyur. Sonra Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Azərbaycançılıq ideologiyası multikulturalizmin siyasi-ideoloji hamisi kimi" mövzusunda məruzə ilə çıxış edərək vurğulayıb ki, millət tarixi inkişaf prosesində meydana çıxan sosial identifikasiyadır. Bunu müəyyən edən də elə məhz mənəvi dəyərlərdir. Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov vurğulayıb ki, azərbaycançılıq ideologiyası bir fənn olaraq məktəblərdən təbliğ olunmalıdır. Bu istiqamətdə bölgələrdə maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac var. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bildirib ki, Ulu Öndərin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra azərbaycançılıq ideologiyasının meydana gəlməsi xalqımızı zərərli tendensiyalardan qorudu. Gəncliyin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan rektor qeyd edib ki, hər birimiz azərbaycançılıq ideologiyanın ətrafında birləşməli, azərbaycanlı olduğumuzu unutmamalıyıq. Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov çıxışında mənəvi dəyərlərin qorunmasının Azərbaycan xalqının gələcəyi üçün vacib olduğunu diqqətə çatdırıb. Daha sonra AMEA-nın elmi işçisi Əli İbrahimovun “Azərbaycançılıq ideologiyasının konseptual aspektləri”, AMEA-nın böyük elmi işçisi Anar Qafarovun “Funkisonal və sensual vəhdət aspektindən Heydər Əliyevin milli strategiyasının təhlili” mövzularında məruzələri dinlənilib.




 
Bölməyə aid digər xəbərlər
15.10.2018
“Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib
15.10.2018
“Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir “
15.10.2018
“Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində
15.10.2018
9 ayda Miqrasiya Xidmətinə 59 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
15.10.2018
İnsanların sağlamlığına təhlükə törədən ət satışına cəhd göstərən şəxslər həbs olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10251

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info