İraqın cənubunda baş verən iğtişaşlar nəticəsində 12 nəfər ölüb, 571 nəfər xəsarət alıb
Tarix: 20.07.2018 | Saat: 06:48:00 | E-mail | Çapa göndər



iraqin cenubunda bas veren igtisaslar neticesinde 12 nefer olub 571 nefer xesaret alib
İraqın cənubunda polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 12 nəfər ölüb, 571 nəfər xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın İnsan Haqları üzrə Ali Komissarlığının yaydığı bəyanatda bildirilir.
Məlumata əsasən, etirazlar başlanandan İraqın cənub bölgəsində 12 nümayişçi həyatını itirib, 195-i dinc sakin, 371-i asayiş keşikçisi olmaqla ümumilikdə 571 nəfər xəsarət alıb. İğtişaşlar nəticəsində yaşayış evləri, inzibatı binalar, partiyaların mənzil-qərargahları daxil olmaqla 47 tikili dağıdılıb, 25 avtomobil yandırılıb. Hüquq-mühafizə orqanları tərəfindən 302 nümayişçi saxlanılıb.
İraqın cənub bölgəsində iğtişaşlar iyulun əvvəlində başlayıb. Bəsrə şəhərində işsizlik və kommunal sahədə vəziyyətin pisləşməsinə qarşı etiraz edən nümayişçilərdən birinin ölümündən sonra bölgədə vəziyyət daha da gərginləşib. Nümayişçilər hökumətdən elektrik enerjisi və su təchizatında baş verən kəsilmələrə son qoymağı tələb edirlər. Hazırda etirazlar İraqın digər cənub əyalətlərinə keçib.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
FHN: Qar uçqununa düşən hərbi qulluqçunun cəsədi tapılıb
23.04.2019
Meksikada zəlzələ olub
23.04.2019
İstanbulda yaşayış binası çöküb
22.04.2019
Ölkəyə qanunsuz siqaret keçirmək istədi
20.04.2019
Hindistanda fil beş nəfəri tapdalayaraq öldürüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info