Sərnişinlərin 49 faizi təyyarədə mobil telefondan istifadənin əleyhinədir
Tarix: 20.07.2018 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Təyyarə sərnişinlərinin 49 faizi təyyarədə mobil telefondan istifadənin əleyhinədir.
AZƏRTAC “Türk Hava Yolları”na istinadla xəbər verir ki, aviaşirkət “Turkish Airlines Aviation Trends” adlı tədqiqat çərçivəsində marketinq tədqiqatları sahəsində lider olan “Nielsen” şirkəti son iki il ərzində ən azı bir dəfə təyyarə ilə səyahət edən 18 və daha yuxarı yaşlı 8150 respondenti onlayn sorğuya cəlb edib. Çin, Fransa, Almaniya, Hindistan, Yaponiya, CAR, İsveç, BƏƏ, Böyük Britaniya və ABŞ-dan olan respondentlər 2018-ci ilin fevralın 16-dan 26-dək sorğuda iştirak ediblər.
Sorğuya əsasən texnologiya baxımından mümkün olanlar sərnişinlər tərəfindən çox da müsbət qarşılanmayıb. Məsələn, Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, İsveç və Almaniyadan olan respondentlərin əksəriyyəti aviaşirkətin uçuş zamanı mobil telefondan istifadə icazəsinin əleyhinə çıxış edir. Böyük Britaniyada sorğuda iştirak edənlərin 48 faizədək, Almaniyada isə respondentlərin 36 faizdən çoxu icazənin leyhinə səs verib. Sərnişinlərin fikrincə, telefonlar uçuş zamanı onlara mane olacaq (ABŞ – 89 faiz, Yaponiya – 93 faiz), həmçinin almaniyalı sərnişinlərin 69 faizi uçuş zamanı telefondan istifadə ilə bağlı dəqiq fikrə sahib deyillər. Lakin uçuş zamanı mobil telefondan istifadəsinə müsbət yanaşanların faizi Hindistanda (73 faiz), Çində (70 faiz) və BƏƏ-də (63 faiz) xeyli yüksəkdir. Orta hesabla respondentlərin 51 faizi uçuş zamanı mobil telefondan istifadənin leyhinə səs verib.
Sorğu göstərib ki, rahat yerləşdirilmə eləcə də pulsuz və sürətli internet sərnişinlərin təyyarə uçuşlarının gələcəyi ilə bağlı ən əhəmiyyətli arzularıdır. Yuxu üçün fərdi yerlərin mövcudluğu mülki aviasiya gələcəyi sahəsində arzular siyahısında üçüncü yeri tutur. Əldə olunan nəticələri şərh edən “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib: “Bizim ənənəvi qonaqpərvərliyimiz sərnişinlərimizə əla uçuş təcrübəsi təmin etmək və onların səyahətini unudulmaz etməyə imkan verir. Biz mülki aviasiya sahəsində son tendensiyaları və innovasiyaları diqqətlə izləyirik. “Global Aviation Trends 2017” sorğusunun nəticələri bizim bu sahədə dünya lideri olmağımızı bir daha təsdiqləyir”.
Həmçinin sərnişinlərə “Kimin tövsiyəsinə etibar etmək olar?”, “Qitələrarası uçuş üçün birbaşa reys olmadıqda hansı vasitələrdən istifadə edilməlidir?”, təmizlik, təyyarə işçilərinin davranışı, qida və içkilərin keyfiyyəti, baqaj itirildiyi halda onun ünvana etibarlı çatdırılması mövzusunda da sorğular aparılıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.12.2018
On bir ayda mebel istehsalı iki dəfədən çox artıb
14.12.2018
Bu il önəmli infrastruktur layihələri icra olunub
14.12.2018
Azərbaycanda 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir
14.12.2018
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb
14.12.2018
Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info