Orta Şərqdə ən böyük neft-kimya kompleksi Misirdə tikiləcək
Tarix: 20.07.2018 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Misirdə Orta Şərqdə ən böyük neft-kimya kompleksi inşa olunacaq.
AZƏRTAC xəbər verir ki, Misirin “Carbon Holdings” neft şirkəti neft-kimya kompleksinin qurulmasına 10,9 milyard dollar sərmayə yatıracaq. “Carbon Holdings” bu ilin sonuna qədər zavodun maliyyələşdirilməsini tamamlayaraq 2019-cu ilin üçüncü rübündə Orta Şərqin ən böyük neft-kimya kompleksinin inşasına başlamağı planlaşdırır.
Süveyş Kanalı İqtisadi Zonasında inşa ediləcək neft-kimya kompleksi əsasən səhmlər və 5,4 milyard dollarlıq borc paketi ilə maliyyələşdiriləcək. Kompleks Misirin ilk nafta əsaslı etilen zavodu olacaq və ildə 1,5 milyon metrik ton etilen istehsal edəcək. Bundan başqa, kompleksdə ildə 925 min metrik ton polimer tozu, 250 min metrik ton butadien, 350 min metrik ton benzol və 130 min metrik ton qaz yağı istehsal olunacaq.
“Carbon Holdings” 2019-cu ildə həm Misir, həm də London birjalarında əməliyyatlar həyata keçirməyi planlaşdırır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Xoşbəxt nikahın sirri: ər-arvad arasında yaş fərqi nə qədər olmalıdır?
11.12.2018
Qocalmamaq indi öz əlinizdədir
09.12.2018
Tacikistanda dördəm uşaqlar doğulub
06.12.2018
Bolqarıstan pasportu dünyanın ən nüfuzlu pasportlarının ilk onluğundadır
05.12.2018
“Chanel“ daha timsah dərisindən istifadə etməyəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info