BANM-in 5 məzunu BP şirkətindən iş təklifi alıb
Tarix: 20.07.2018 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) 5 məzunu – Aydan Əsədova, Tərlan Əliyev, Nigar Allahverdiyeva, Nərmin Abbaslı və Mehriban Əliyeva BP şirkətinə işə qəbul olunublar. BANM-dən bildirilib ki, məzunlar keçən il BP şirkətində 10 həftəlik təcrübə proqramı keçiblər. Təcrübə zamanı öz nizam-intizamı, bilik və bacarıqları ilə seçilən tələbələr bu il məzun olan kimi heç bir müsabiqə keçmədən BP şirkəti tərəfindən iş təklifi alıblar. Proses mühəndisi, quyu mühəndisi kimi vəzifələrə təyin olunan gənc mütəxəssislərin çoxu artıq öz vəzifələrinin icrasına başlayıb.
Qeyd edək ki, transmilli şirkətlərdə milliləşmə siyasəti olaraq, xüsusilə neft-qaz layihələrində Azərbaycan vətəndaşlarının sayının artırılması məsələsi daim diqqət mərkəzindədir. Həm BANM, həm də BP şirkəti neft və qaz sənayesindəki yerli peşəkar kadrların inkişafını dəstəkləmək üçün işəgötürmə kampaniyalarının, təhsil və təlim proqramlarının təşkilinə böyük önəm verir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
SOCAR-ın Gürcüstan nümayəndəliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18.01.2019
20 Yanvar hadisələri milli azadlıq hərəkatının başlanğıcıdır
18.01.2019
Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Səudiyyə Ərəbistanında anım tədbiri təşkil olunub
18.01.2019
Azərbaycan xalqının iradəsi onun milli azadlıq uğrunda mübarizəsini boğmağa imkan vermədi
18.01.2019
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı kampaniya keçirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info