Yanıqda ilk müdaxilə necə olmalıdır?
Tarix: 20.07.2018 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Hər insanın qarşılaşa biləcəyi yanıq bədəndə böyük zədələrə yol aça bilər. Yanıq vəziyyətində edilən səhv tətbiqlər isə, yanığın yanında başqa sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər, yanıq hadisələrində ən ideal ilk müdaxilənin, yanığın olduğu bölgəyə kran suyu ilə ağrı keçənə qədər yuyulmasını tövsiyə edir.
Milli.Az bildirir ki, maye yanıqlarında paltarların dərhal çıxarılması, alov yanıqlarında isə yanan mühitdən uzaqlaşılıb oksigenli yerə çıxmaq həyatı xilas edəcəyini, elektrik yanıqlarının çox təhlükəli olduğunu və əvvəlcə elektriklə təmasın kəsilməsinin zəruri olduğunu bildirən mütəxəssislər belə dedilər: "Yanan xəstənin qaçaraq xilas olmağa çalışması təbii refleksdir, amma bu, xəstəyə çox ciddi çətinlik verə bilər. Elə bir vəziyyətlə qarşılaşıldığında dərhal yerə yatıb yaş bir bezlə ya da xəstənin özünü yerdə çevirərək bu vəziyyətdən çıxması, həyatını xilas edəcək.
Yetkin yanıqlarında daha çox iş qəzaları görülür. Qış mövsümündə alov yanıqları ilə daha çox qarşılaşırıq. Yanıqla qarşılaşan xəstə ilk olaraq yanığa səbəb olan maye ya da bərk maddəni tez bir zamanda uzaqlaşdırmalıdır. Bunun üçün ən ideal ilk kömək yanan bölgəni kran suyunun altında 15 dəqiqə ağrı keçənə qədər saxlamaqdır. İllərlə öyrəşdiyimiz üzullarla: diş pastası, yumurta ağı, zeytun yağı və qatıq kimi xalq arasında istifadə edilən bəzi maddələr, daha sonra müalicə zamanı işimizi çətinləşdirir. Bunlar həm infeksiya ehtimalını artırır, həm də diş pastasındakı mentol kimi maddələrə görə yanığın daha da dərinləşməsinə, xəstəxanada qalma müddətinin uzanmasına səbəb olur. Buz, yanıq sahəsinin genişləməsinə səbəb olduğu üçün ən idealı otaq istiliyindəki su ilə yumaqdır".

Mahmud




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Xoşbəxt nikahın sirri: ər-arvad arasında yaş fərqi nə qədər olmalıdır?
11.12.2018
Qocalmamaq indi öz əlinizdədir
09.12.2018
Tacikistanda dördəm uşaqlar doğulub
06.12.2018
Bolqarıstan pasportu dünyanın ən nüfuzlu pasportlarının ilk onluğundadır
05.12.2018
“Chanel“ daha timsah dərisindən istifadə etməyəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info