“İaşə müxalifəti” yenə ianə yalvarışları etdi
Tarix: 20.07.2018 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Azərbaycan cəmiyyəti xaricdə məskunlaşan müxalifətçilərə yardım göstərmədi

Məlum olduğu kimi Avropada yaşayan bir qrup müxalif gəncin yaratdığı “Facebook” səhifələri və yalançı internet “TV”-lər, eləcə də mühacirətdə olan bəzi şəxslərin sosial şəbəkələr üzərindən qurduğu debatlar, canlı yayımlar və s. kimi resurslar artıq bir neçə aydır ki, perspektivsiz olduğu üçün izlənilmir. Seçkilər ərəfəsində cəmiyyətin bəlli təbəqəsinin müəyyən səbəblərdən onları izləməsindən istifadə edən bu insanlar indi böyük xəyal qırıqlığına uğrayıblar. Artıq xaricdəki ağaları onlara qrant, yardım ayırmırlar, onlara göstəriləcək “diqqət”, “qayğı” qaldı bir də növbəti seçkilər dönəminə... Təbii ki, gecə-gündüz mənasız, təhqir dolu paylaşımlar edən, dövlətçilik əleyhinə fəaliyyət göstərən adamlara kim simpatiya göstərər axı? Bu mənada gündəmdən düşdüklərini görən “iaşə müxalifəti” ilə ənənəvi müxalifət arasında düşmənçilik də başladı. İndi xaricdən ayrılan, lakin miqdarı azalan vəsaitlər uğrunda savaş başlayıb ki, hər iki tərəf də buna daha çox layiq olduğunu göstərməyə çalışır. Hətta yardımı azalanların bir qismi bir aydan çoxdur ki, sadə azərbaycanlılara da yalvarmağa başlayıb ki, onların hesablarına pul köçürsünlər. Təsəvvür edirsiniz? Xalqdan ianələr istəyib xalqı, onun dövlətini aşağılamağa, dünyada gözdən salmağa davam etməyə çalışırlar. Təbii ki, Azərbaycan cəmiyyəti də belə oyunlara gedən deyil. Amma burada maraqlı məqam odur ki, bu adamlar israr etməkdə davam edirlər... Bir halda ki, sizin bank hesablarınıza Azərbaycandan və ya xaricdə yaşayan azərbaycanlılardan pul köçürülmür, bu yalvarışların nə mənası? Qeyd edək ki, sonuncu belə ianə yalvarışı iyulun 19-da olub, Avropada yaşayan və Orduxan, Məhəmməd Mirzəli və digərləri ilə əlbir olub, bir ildir söyüş kampaniyası aparan Tural Sadıqlı tərəfindən oldu. O videomüraciətlə insanlara səslənərək deyib ki, özünün “Xalqın layihəsi” adlı fırıldaq layihəsini ayaqda saxlamaq üçün çətinliklər yaranıb, çox güclü maliyyə dəstəyinə ehtiyac var. Ən əsası da pul köçürmələridir , yoxsa bunların fəaliyyətində axsamalar olacaq. Bax belə... Biz bir ildir yazanda ki, bunlar “iaşə müxalifətidir”, xaricdən ayrılan gizli, çirkli pullar vasitəsilə gah dünyanın o başına- ABŞ-a qrup halında səfərlər edib, aksiyalar keçirir, gah da Avropanın müxtəlif şəhərlərində peyda olub, antiazərbaycan tədbirlərinə xeyli xərcl çəkir və bizə də deyirdilər ki, guya onların arxasında heç bir qüvvə dayanmayıb... Sual yaranır, seçki ərəfəsində bu aktivliyi göstərib, sağa-sola pullar xərcləyən o qrupa, o adamlara nə oldu ki, indi nə aksiya keçirə bilirlər, nə də əllərində pul yoxdur və az qala dilənməyə başlayıblar?
Adam, hətta videomüraciətində yalandan Ukrayna və Rusiyanın adını çəkib, guya bu həftə ərzində daha çox maddi dəstəyin o ölkələrdə yaşayan azərbaycanlılardan gəldiyini deyir. Əlbəttə, ortada heç bir fakt, köçürmə sənədi olmadan, çıxıb yalandan danışmaq asandır. Bu, digər tərəfdən avam insanları şirnikləndirmək üçün edilən gedişdir, bəzi insanlar görsünlər ki, bunlara guya dəstəklər var, bunları ciddiyə alanlar var... Tural Sadıqlı həm də bildirir ki, “Xalqın layihəsi” çərçivəsində “Facebookda” “Azad söz”, “Made in Azerbaijan” və “Unutma” səhifələri vasitəsilə fəaliyyətlərini həyata keçirirlər. Sual yaranır, eyni səhifələrdən Azərbaycanda minlərlə fəaliyyət göstərəni var, hətta onların içində kəskin tənqidi fəaliyyəti ilə seçilənlər də az deyil. Bəs onlar niyə maliyyə axtarışına çıxmırlar? Ümumiyyətlə, bir “Facebook” səhifəsini idarə etmək üçün ianə axtarışına nə ehtiyac var axı? Bəyəm bu bir media qurumu, holdinq və s.-dirmi ki, işçiləri idarə etmək, saxlamaq üçün maliyyə yardımına ehtiyac olsun? Yenə də bizim illərlə yazdığımız məsələyə gəlib çıxırıq ki, bütün bu fəaliyyətlər əvvəldən qurulmuş fırıldaq oyunlardır, illər öncə Leyla Yunusların yardımlar hesabına yığıb dağıtdığı, mal mülklərə çevirdiyi “yardımlar” siyasətinin ardıdır. Sadəcə, fərqli formatda və fərqli adamlar vasitəsilə bu çirkin oyunlar indi də həyata keçirilir. Qısası, qarşıdakı aylarda bu küçə müxalifətçilərinin küçələrdən tam yığışıb, ümumiyyətlə, adi sosial şəbəkə istifadəçiləri kimi fəaliyyət göstərməyə başlamalarını görsəniz heç də təəccüblənməyin. Necə deyərlər, qazanın qapağı artıq çoxdan bağlanıb. Aldıqları payı alıblar, bundan sonra ac şəkildə xalqın üzərinə gedib, ianə yalvarışları etməyin heç bir mənası yoxdur.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
Çikaqonun meri Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar proklamasiya imzalayıb
22.10.2018
Parisdə Azərbaycan kənd təsərrüfatı naziri fransalı həmkarı ilə görüşüb
21.10.2018
Misir mətbuatı Azərbaycanın Fələstin xalqına yardım etməsindən yazır
21.10.2018
Türkiyənin Kayseri şəhərində Xocalı parkının və Xocalı şəhidləri abidəsinin açılışı olub
21.10.2018
Kayseridə Heydər Əliyev adına tələbə yataqxanası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10297

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info