“Coca-Cola” Qafqaz regionu üzrə yeni direktor təyin edib
Tarix: 20.07.2018 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Alkoqolsuz yüksəkkeyfiyyətli içkilər istehsalının qlobal lideri sayılan “Coca-Cola” şirkəti Adrian Çernautanı Qafqaz regionu üzrə yeni direktor vəzifəsinə təyin edib.

Adrian Çernautan geniş təcrübəsi sayəsində Qafqazda strateji inkişaf, biznesin genişləndirilməsi və “Coca-Cola” brendinin əhəmiyyətinin artırılması ilə məşğul olacaq.

Çernautan təcrübəsi 16 ili əhatə edir ki, bu müddət ərzində o, “Coca-Cola” və “Kraft Foods/Mondelez” kimi mültimilli şirkətlərdə çalışıb. Adrian Çernautan premium və kütləvi brendlərin müxtəlif portfellərinin yaradılması və idarə edilməsi üzrə mütəxəssisdir. O, həmçinin, franşizaların idarə edilməsi üzrə sertifikatlaşdırılmış təliçmidir.

Adrian Çernautan “Coco-Cola” şirkəıtinin qlobal komandasına 2009-cü ildə qoşulub. O, Rumıniyada brend üzrə kommersiya direktoru və Moldova, Macarıstan və Avsriyada baş direktor vəzifələrində çalışıb.

“Qafqaz regionunda “Coca-Cola” şirkətinin biznesinə rəhbərlik etməyə olduqca məmnunam. Bu, mənim üçün tam yeni bazardı və mən maraqlı və brend və ictimaiyyət üçün vacib olan yeni layihələrin həyata keçirilməsini səbirsizliklə gözləyirəm, - deyə Adrian Çernautan bildirib.

“Coca Cola” şirkəti haqqında:
“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend və 3900-dən çox içki növü istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 21 brend daxildir ki, onlardan 19-u az kalorili və kalorisiz seçimlərdə mövcuddur. Brendlər sırasına “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitaminwater”, “POWERADE”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “Gold Pea” və “Del Valle” kimi brendlər aiddir. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini: www.thecoca-colacompany.com, Twitter səhifəsini: twitter.com/CocaColaCo, “Coca-Cola Unbottled” blogunu: www.coca-colablog.com və ya Linkedin səhifəsini www.linkedin.com/company/the-coca-cola-company ziyarət edə bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
17.08.2018
Prezident Lənkəranda yol tikintisinə vəsait ayırıb
17.08.2018
Azərbaycan qrossmeysterləri Monqolustanda uğurla çıxış ediblər
17.08.2018
İlin əvvəlindən 7,8 milyard manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb
17.08.2018
Daşkənddəki universitetlərə Azərbaycanla bağlı kitablar hədiyyə edilib
16.08.2018
Hindistanda sabiq Baş nazirin vəfatı ilə əlaqədar yeddigünlük matəm elan edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9887

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info