ABŞ-ın müvəqqəti işlər vəkili: “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyi davam etdirəcəyik”
Tarix: 20.07.2018 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


“ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək”. Bunu ABŞ-ın müvəqqəti işlər vəkili Viliam Gill, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Missiya direktoru Caydev Sinkx daxil olmaqla Energetika Nazirliyində keçirilmiş görüşdə deyib. V.Gill bildirib ki, ölkəsi Azərbaycanla bütün sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlıqda qətiyyətlidir.
Qeyd edək ki, energetika naziri Pərviz Şahbazovla nümayəndə heyəti arasında keçirilən görüşdə iki ölkə, USAİD ilə Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq, “Elektrik Enerjisi Bazarı” haqqında qanun layihəsinə dair müzakirələr aparılıb. Vaşinqtonda 27-ci Dünya Qaz Konfransında Azərbaycanın energetika nazirinin iştirakı və tədbir çərçivəsində baş tutmuş yüksək səviyyəli görüşlərin Azərbaycan-ABŞ əlaqələrinin möhkəmləndirilməsində rolundan bəhs edilib, enerji əməkdaşlığının gələcək inkişafı üçün qaldırılan məsələlərin əhəmiyyətindən danışılıb.
Energetika naziri Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə ABŞ-ın dəstəyinin bütün görüşlərdə vurğulanmasını və davamlı enerji əməkdaşlığına marağın ifadə edilməsini təqdir edib. Bildirilib ki, ABŞ-ın “Cənub Qaz Dəhlizi”nə dair belə mövqeyi onun həyata keçirilməsi prosesində mühüm əhəmiyyət daşıyır.
Görüşdə həmçinin “Elektrik Enerjisi Bazarı” haqqında qanun layihəsi üzrə növbəti addımlar barədə fikir mübadiləsi aparılıb. Beynəlxalq təcrübə əsasında hazırlanan qanun layihəsinə son tövsiyələrin nəzərdən keçirilməsinin vacibliyi qeyd edilib. USAİD-in Missiya direktoru Caydev Sinkxin iştirakı ilə görüləcək tədbirlərdən danışılıb.
Bundan başqa, elektroenergetika sektorunda aparılan islahatlarda əməkdaşlığın təmin edilməsi üçün USAİD ilə Energetika Nazirliyi arasında Anlaşma Memorandumunun imzalanması perspektivlərinə toxunulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Pensiyaçılara şad xəbər
24.03.2019
Dağıstanda kütləvi zəhərlənmə baş verib
23.03.2019
“Ölkəmizi tanıyaq”: maarifləndirici tur-aksiyanın iştirakçıları Qubada
21.03.2019
“Cananı sevərmən” adlı kitab özbək dilində
20.03.2019
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info