“Dövlət tərəfindən azad medianın inkişafına lazımi dəstək və qayğı göstərilir”
Tarix: 21.07.2018 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan milli mətbuatının yaranmasının 143-cü ildönümünə həsr olunan mərasim keçirilib. Tədbirdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) milli mətbuatımızın 143 illiyi münasibətilə təşkil etdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqədə 66 kütləvi informasiya vasitəsi iştirak edib və müsabiqəyə 162 yazı daxil olub: "Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamətdə 6 yazı qalib elan olunub. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə isə 3 qalib müəyyən edilib. Ümumilikdə 19 istiqamət üzrə 114 yazı qalib elan olunub". V.Səfərli qeyd edib ki, Fond 9 ildən artıqdır ki, fəaliyyət göstərir. Onun sözlərinə görə, bu illər ərzində 35 milyon manatdan çox vəsait ayrılıb və əsasən çap mediasının inkişafına, maddi- texniki bazasının möhkəmləndirilməsinə yönəldilib. Mərasimdə çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov milli mətbuatımızın yaranma tarixindən, keçdiyi çətin və şərəfli yoldan danışıb. Ə.Həsənov bildirib ki, bu il Azərbaycan öz dövlətçilik tarixinin mühüm bir mərhələsini qeyd edir: “Biz bir müddət əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd etdik. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətçilik tarixinin mühüm bir mərhələsini təşkil edir. Düzdür, bizim dövlətçilik tariximiz heç də 100 il bundan əvvəl başlamır, Azərbaycan dövlətçilik tarixi 1000 ildən artıqdır. Biz Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edərkən Azərbaycan mediasının da bayramını qeyd etməyi unutmuruq. Azərbaycan mediasının tarixi Azərbaycan Xalq Cümhuriyyətindən bir az da irəli gedir. Bildiyiniz kimi, 1875-ci ildə maarifçi alim, qabaqcıl ziyalı, Azərbaycan xalqının maariflənməsində, təhsilin inkişafında və sonrakı inkişafında önəmli xidmətləri olmuş Həsən bəy Zərdabinin bilavasitə təşəbbüsü ilə “Əkinçi” qəzeti yaranıb”. PA rəsmisi vurğulayıb ki, AXC süquta uğrayandan sonra Azərbaycan Sovet İttifaqı tərkibinə daxil oldu: “O zaman sosializm prinsiplərinə əməl edərək imkan verilən çərçivədə mediamızı, milli-mənəvi dəyərlərimizi, maarifçiliyimizi və digər dəyərlərimizi inkişaf etdirmək məcburiyyətində qaldıq. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin birinci dövründə 1978-ci ildə Azərbaycan dilinin dövlət dili elan edilməsi həmin dövrdə Azərbaycan mediasının inkişafına öz təkanını verdi”. Ə.Həsənov bildirib ki, müstəqillik dövründə, 1991-ci ilin 18 oktyabrında Azərbaycan müstəqillik aktını qəbul edəndən sonra artıq Azərbaycan ərazisində müstəqil media nümunələri yaranmağa başladı: “1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mediası üzərindən bütün dövlət tənzimləmə mexanizmlərinin ləğv edilməsi, senzuranın aradan qaldırılması - Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabi hansı xidməti göstərmişdisə, ümummilli liderin qəbul etdiyi bu qərar da sözün həqiqi mənasında o qədər böyük əhəmiyyətə malik idi. O dövrdən başlayaraq Azərbaycan mediasında bugünkü inkişaf başladı. Bu gün Azərbaycan mediasının qabaqcıl nümunələri dünyanın istənilən media məkanında rəqabət aparmaq qabiliyyətinə malikdir, Azərbaycan jurnalistlərinin səsi nəinki ölkəmizdən, dünyanın bütün media aləmindən gəlir. Bu işdə Prezident İlham Əliyevin yürütdüyü azad media, plüralistik cəmiyyət siyasətinin önəmli rolu var". Ə.Həsənov bildirib ki, Azərbaycanda dövlət tərəfindən azad medianın inkişafına, jurnalistlərin sosial-məişət problemlərinin həllinə lazımi dəstək və qayğı göstərilir. Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Azərbaycan jurnalistlərini təbrik edib. Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
23.04.2019
Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq
23.04.2019
Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info