“Ermənistan hökuməti və lobbi dərnəkləri müxtəlif vasitələrlə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”
Tarix: 21.07.2018 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Tbilisidə ATƏT-in 15-ci "Cənubi Qafqaz regionunda media azadlığı" adlı beynəlxalq konfrans keçirilib. Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri çıxış edərək Ermənistanın media və söz azadlığından sui-istifadə edərək həyata keçirməyə cəhd etdiyi pozuculuq fəaliyyətindən danışıblar.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Bildirib ki, Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə həyata keçirir. Bu azmış kimi, Ermənistan hakimiyyəti və lobbi dairələri əllərindəki resurslardan və bütün mümkün vasitələrdən istifadə edərək hərbi təcavüz faktını gizlətməyə çalışırlar. Bunun üçün söz azadlığı, mətbuat azadlığı kimi prinsiplərdən sui-istifadə edirlər.
XİN sözçüsü daha sonra deyib: “Ermənistan hökuməti beynəlxalq hüquqa və qanunlara zidd olaraq beynəlxalq media nümayəndələrini aldadıb və yaxud da digər formalarla sövq edib Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərə gətirir. Ermənistan hökuməti bu yolla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edir və bu rejimin legitimləşdirilməsi istiqamətində əsassız səylər göstərir.
Konfransda iştirak edən Ermənistan nümayəndəsi çaşqın halda H.Hacıyevin çıxışına irad bildirmək istəsə də, onun bu cəhdi baş tutmayıb. H.Hacıyev daha tutarlı faktlarla Ermənistanın məkrli, təcavüzkar siyasətini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Ermənistan demokratik dövlət deyil, olmayıb və ola bilməz

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Paşinyan təxminən iki ay yarımdır Ermənistana baş nazirlik edir: “Bu iki ay yarım ərzində ABŞ konqresmenləri 4 dəfə Ermənistanın demokratik olması və demokratik olduğu üçün Ermənistana pul verilməsi mövzusunda ABŞ Dövlət Departamentinə və “Minilliyin Çağırışı” Proqramının rəhbərliyinə müraciətlər ediblər:
I. N.Paşinyan bəyan etdi ki, onun inqilabınadək Ermənistanda keçirilən seçkilərin heç birisi demokratik olmayıb.
II. 2 və ya 3 ay ərzində heç bir cəmiyyət demokratik ola bilməz.
III. Ermənistan Rusiyanın təsiri zonasındadır. Ermənistanın siyasət və iqtisadiyyatının hüdudlarını RF müəyyənləşdirmək imkanındadır. RF Ermənistandakı demokratik, söz azadlığı proseduralarını da hüdudlandırmaq imkanındadır. Başqa sözlə, Ermənistandakı demokratiya Rusiyanın maraqlarına təhlükə yaratmayan həddədək inkişaf edə bilər.
IV. Rusiya amilinin ən bariz nümunəsi ABŞ-ın ermənipərəst konqresmenlərinin demokratiya hesab etdikləri N.Paşinyanın özüdür. Kəskin antirusiya, Qərbpərəst siyasətçi kimi tanınan N.Paşinyan baş nazir olduqdan sonra aşkar Rusiyapərəst siyasətçiyə çevrildi.
Ümumiləşdirsək, ABŞ konqresmenlərinin ermənipərəst müraciətlərinin onların özlərini eybəcər vəziyyətə saldığını görmək olar. N.Paşinyanın baş nazirliyi dövründə Ermənistandakı proseslər ABŞ-ın Ermənistandakı səfiri R.Millzin mövqeyini 180 dərəcə dəyişdi; N.Paşinyan hökuməti üçün investisiya axtaran R.Millz iyulun 18-də bəyan etdi ki, ABŞ-dan Ermənistana yeni investisiyalardan danışmağın, hətta vaxtı deyil. Yəqin ki, ABŞ Ermənistanda demokratik seçkilərin keçirilməsini gözləyəcək. Eləcə də R.Millz “Lidian Armeniya”nın başına gətirilənləri də izləyir.
Daha bir ümumiləşdirməmiz də ermənipərəst konqresmenlərin ABŞ dövlət siyasətinə hörmətsizliyi aşkarlayır. ABŞ Dövlət Departamenti konqresmenlərdən fərqli olaraq Ermənistandakı vəziyyəti operativ izləyir.

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair İtaliya tərəfinin mövqeyi

İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır. Yazılarda, habelə prezident Sercio Mattarellanı Azərbaycana səfərdə İtaliya hökumətinin üzvləri kimi xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi və iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçinin müşayiət etdiyi və nazir Enzo Moavero Milanesinin TAP layihəsinə dair İtaliya hökumətinin də mövqeyini bildirdiyi vurğulanır. Qeyd olunur ki, Bakıda italyan jurnalistlərə açıqlama verən nazir Enzo Moavero Milanesi TAP layihəsini son dərəcə əhəmiyyətli və təchizatçılardan asılılığı şaxələndirmək üçün vacib layihə kimi qiymətləndirib və təbii qazın neft və daş kömürdən daha təmiz olması səbəbindən TAP-ın İtaliya hökuməti üçün vacib layihə olduğunu və İtaliyanın bu layihədə iştirakını davam etdirəcəyini, habelə ətraf mühitə təsirlə bağlı narahatlıqların da nəzərə alınacağını deyib. Yazılarda nazir Enzo Moavero Milanesinin hazırda ATƏT-in fəaliyyətdə olan sədri olduğu, eyni zamanda prezident Sercio Mattarella tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair İtaliya tərəfinin mövqeyinin səsləndirdiyi qeyd olunur.

Pirallahıda məcburi köçkünlər üçün yeni məhəllə salınır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkünə çevrilən vətəndaşlarımızın problemləri daim diqqətdə saxlanılır. Ölkə başçısının sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bu ilin sonuna kimi dörd min məcburi köçkün ailəsinin yeni evlərlə təmin olunacağını vurğulanıb. Artıq Pirallahı rayonunda da 300 məcburi köçkün ailəsi üçün yaşayış binalarının, ümumtəhsil məktəbinin tikintisi və zəruri infrastrukturun yaradılması istiqamətində işlərə start verilib. Burada üç 9 mərtəbəli yaşayış binasının və 220 şagird yerlik məktəbin tikintisi nəzərdə tutulub. S.Vurğun küçəsində 3 hektar ərazidə inşa olunacaq məhəllədə ilkin hazırlıq işləri görülür. Hazırda təmizlik və planlaşdırma işləri aparılır, buradan keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər görülür, ərazi inşaat hasara alınır. Tezliklə tikinti işlərinə start veriləcək.

Səfir: “Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində təcrübələrini bölüşə bilər”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tədbirlər həyata keçirilməklə yanaşı, ölkəmizdə ordu quruculuğuna da ciddi diqqət göstərilir. “Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi apara bilər.” Bunu "Daily Sabah" qəzetinə açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib. Səfir vurğulayıb ki, Ankara və Bakı bu sahədə təcrübələrini bölüşə və imkanlarını inkişaf etdirə bilər: "Azərbaycan və Türkiyə birgə hərbi təlimləri davam etdirə bilər. Bildiyiniz kimi, bu il Qars və İzmirdə birgə hərbi təlimlər keçirildi ki, bu da olduqca vacibdir". X.İbrahim hesab edir ki, iki ölkə silah istehsalı və hərbi texnikanın hazırlanmasında da əməkdaşlıq edə bilər. Diplomat, həmçinin pilotsuz uçuş aparatları və vertolyot istehsalı kimi sahələrdə birgə fəaliyyət imkanlarından danışıb: "Regionda Azərbaycan və Türkiyəyə yönəlmiş müxtəlif təhdidlər var. Bununla əlaqədar olaraq, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təhlükəsizliyi Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən təmin olunur". Səfir Türkiyənin NATO-nun üzvü olduğunu, Azərbaycanın isə alyansın tərəfdaşı olduğunu vurğulayıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.10.2018
“Ümid edirik ki, Ermənistan rəhbərliyi yaxın zamanlarda danışıqlar prosesinin davam etdirilməsi üçün siyasi iradə nümayiş etdirə biləcək”
22.10.2018
“Biz erməni xalqının içərisindən çıxmış cinayətkarları dünyaya tanıtdırmaq istəyirik”
19.10.2018
ABŞ mətbuatı Ermənistanın işğalçılıq siyasətini ifşa edib
17.10.2018
“Ermənistanın dayanıqlı inkişafa nail olması mümkün deyil”
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10306

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub
5 Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info