Azərbaycan və Türkiyənin regionda rolu artır
Tarix: 20.07.2018 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Türkiyə-Azərbaycan Media Forumunda iştirak etmək üçün Türkiyənin Qəzetçilər Birliyi və Anadolu Yayımçılar Dərnəyinin təşkilatçılığı ilə bu ölkənin 40-dan artıq jurnalisti Azərbaycanda səfərdədir. Onlar iki gün ərzində Bakıda Azərbaycan jurnalistləri ilə bir araya gələcək, jurnalistikanın aktual problemlərinə dair məsələləri müzakirə edəcəklər. Bakıda fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası, Azərbaycan Mətbuat Şurası və “Yeni çağ” media qrupu da bu forumun təşkilatçıları sırasındadır. Forumda iştirak etmək üçün Bakıya gələn türkiyəli jurnalistlərin bir qrupu Prezident Administrasiyasında Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşüb. Görüşdə Əli Həsənov Azərbaycanda son zamanlar yaşanan proseslərdən, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələrindən, Azərbaycanın ötən 15 ildəki inkişafından, iqtisadi, siyasi, sosial sahələrdə görülən işlərdən, qardaş ölkələrimizin liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsindən, onun region və Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfəsindən danışıb. Azərbaycanın və qardaş Türkiyənin regionda artan rolunu vurğulayan Prezidentin köməkçisi türkiyəli jurnalistlərin suallarını cavablandırıb.




 
Bölməyə aid digər xəbərlər
17.08.2018
Dövlət qulluğuna qəbul üçün növbəti test imtahanı keçiriləcək
16.08.2018
Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb
16.08.2018
Baş Prokurorluq və DİM mətbuat xidmətlərinin birgə məlumatı
16.08.2018
Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif olunub
16.08.2018
Sahil Babayev əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9887

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info