“Həsən bəy Zərdabinin ideyaları artıq həyata keçib”
Tarix: 21.07.2018 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


22 iyul - Milli Mətbuat Günü münasibətilə ötən gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, həmçinin ölkənin aparıcı media orqanlarının rəhbərləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı. Sonra “Əkinçi” qəzetinin təsisçisi, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyuldu, xatirəsi ehtiramla anıldı. Həsən bəy Zərdabinin məzarı önündə çıxış edən Ə.Amaşov bildirdi ki, H.Zərdabinin təsisçisi olduğu "Əkinçi" qəzeti bizə milli kimliyimizi qaytarıb: "Əkinçi" qəzeti iki il fəaliyyət göstərdi. Bu iki ildə Azərbaycan xalqının həyata keçirəcəyi bütün məsələlərin əsasını qoydu. "Əkinçi" qəzeti xalqa yol göstərdi, milli şüurumuzu ayıltdı, milli kimliyimizi bizə göstərdi. "Əkinçi" qəzeti bizə dünyada hansı istiqamətdə gedəcəyimizi göstərdi. "Əkinçi"dən doğan işıq sovet dövründə daha da gur parladı. Azərbaycan dilinin saflığında Azərbaycan mediası mühüm rol oynadı. Ötən əsrin sonlarında xalqımızın növbəti dəfə müstəqillik əldə etməsində Azərbaycan mətbuatı üzərinə düşən missiyanı layiqincə yerinə yetirdi. Azərbaycan mətbuatı həmişə xalqın yanında olub".
Millət vəkili vurğuladı ki, bu gün Azərbaycan mediası müstəqil, peşəkar mediadır: "Regionda iqtisadi baxımdan ən güclü medialardan biri olan Azərbaycan mediası ölkədə baş verən olayları operativ, obyektiv şəkildə həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırır".
Ə.Amaşov dedi ki, bu gün Azərbaycan mediası, eyni zamanda milli mediadır, cəmiyyətdə baş verən hadisələri hərtərəfli işıqlandırmağı bacarır: "Azərbaycan mediası hadisələrə vahid mövqedən baxan mediadır. Azərbaycanın imicinin formalaşdırılmasında bu gün mediamız ən aktiv demokratik institutlardan biridir".
O əlavə etdi ki, Azərbaycan mətbuatının inkişafında Azərbaycan dövlətinin dəstəyi də böyük rol oynayıb: "Bu gün Azərbaycan dövləti də medianın arxasında dayanır. Azərbaycan jurnalistikası həmişə Azərbaycan rəhbərliyinin dəstəyini görür. Mətbuat da Azərbaycanın inkişafı üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir".
KİVDF-nin icraçı direktoru V.Səfərli isə bildirdi ki, mətbuat deyəndə Həsən bəy Zərdabi, Zərdabi deyəndə "Əkinçi" qəzeti yada düşür: "O dövr üçün qısa bir müddətdə "Əkinçi" qəzetinin çıxması insanların maarifləndirilməsində böyük rol oynadı. Bu gün biz elə bir dövrə gəlib çatmışıq ki, Həsən bəy Zərdabi ideyalarının hamısı, demək olar, yerinə yetib. Bu gün 5 mindən çox KİV qeydiyyatdan keçib. Bu gün Azərbaycanda azad söz, müstəqil mətbuat var. Həsən bəyin istədiyi də o idi ki, Azərbaycan xalqının müstəqil dövləti olsun, müstəqil qəzetləri olsun, insanlar maariflənsinlər. Həsən bəy xeyirxah, maarifçi şəxsiyyət idi. Onun istəyi gənclərin, xalqın maariflənməsi idi. Bu gün bizim müstəqil, güclü dövlətimiz, müstəqil mediamız var. Azərbaycanda təhsil inkişaf edir. Bu gün biz fəxr edirik ki, Azərbaycan gəncləri xarici ölkələrdəki bir sıra nüfuzlu ali təhsil müəssisələrində təhsil alıb Vətənə dönürlər. Əlbəttə, Həsən bəyin də istədiyi bunlar idi. Bu gün mediamıza dövlət qayğısı var. Siz də bilirsiniz ki, Həsən bəy nə qiymətli əşyaları vardısa, sataraq qəzetinin çapına yönəltmişdi. Sonda maliyyə çətinliyi üzündən qəzet bağlandı. Bu gün isə qəzetlərimizə dövlət dəstəyi var. Çap mediasının üzərini qara buludlar alsa da, dövlətimiz, onun başçısı İlham Əliyevin qayğısı mediamızın üzərindədir. Bu gün biz o qayğını hiss edirik. Həsən bəyin ideyaları artıq həyata keçib".
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
SOCAR-ın Gürcüstan nümayəndəliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18.01.2019
20 Yanvar hadisələri milli azadlıq hərəkatının başlanğıcıdır
18.01.2019
Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Səudiyyə Ərəbistanında anım tədbiri təşkil olunub
18.01.2019
Azərbaycan xalqının iradəsi onun milli azadlıq uğrunda mübarizəsini boğmağa imkan vermədi
18.01.2019
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı kampaniya keçirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info