Prezident Sercio Mattarellanın Azərbaycana səfəri İtaliya mətbuatının diqqət mərkəzindədir
Tarix: 21.07.2018 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır. İtaliyanın nüfuzlu RAİ, La Stampa, Corriere della Sera, İl Giornale, İl Messaggero, İl Sole 24 Ore, Repubblica, ANSA, Agenzia Nova və sair KİV-lərində səfər haqda dərc olunmuş yazılarda Azərbaycan-İtaliya əməkdaşlığının önəmi və səfərin tarixi əhəmiyyət kəsb etdiyi bildirilərək prezident Sercio Mattarellanın Azərbaycana səfər edən İtaliyanın ilk dövlət başçısı olduğu, Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı müzakirələr, səfər vaxtı dövlət başçılarının qatıldığı önəmli tədbirlər, o cümlədən Sumqayıtda SOCAR Polimer zavodunun açılışı, Azərbaycan-İtaliya biznes-forumunda, ADA Universitetində çıxışı zamanı verdiyi bəyanatlar barədə məlumatlar verilir.
Yazılarda Cənub Qaz Dəhlizi, o cümlədən Trans Adriatik Boru Kəməri mövzusuna da geniş diqqət yetirilərək prezident Sercio Mattarellanın Cənub Qaz Dəhlizinin Xəzər dənizindən Aralıq dənizinə və Avropaya qədər ərazidə daha geniş enerji təhlükəsizliyinə, sabitliyə və regional əməkdaşlığa töhfə verən önəmli infrastruktur olduğu, layihənin başa çatdırılması ilə bağlı ümumi öhdəlik və maraqların olduğu kimi fikirlərinə istinad edilir və bu fikirlər İtaliya dövləti tərəfindən layihənin həyata keçiriləcəyinə verilmiş zəmanət kimi qiymətləndirilir.
Yazılarda Azərbaycanın İtaliya üçün vacib tərəfdaş və ən böyük xam neft təchizatçısı olduğu, Azərbaycan bazarının İtaliya üçün əhəmiyyət kəsb etdiyi, iqtisadi əlaqələrin şaxələndirilməsi üçün geniş potensialın olduğu, səfər vaxtı dövlət başçılarının çıxış etdiyi Azərbaycan-İtaliya biznes-forumuna iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçinin rəhbərliyi ilə İtaliya tərəfdən tərkibində 80-dən çox rəsmi və işgüzar dairələrin nümayəndələrindən ibarət heyətin də qatıldığı və bunun da İtaliya biznesi tərəfindən Azərbaycana böyük marağın göstəricisi olduğu bildirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
Çikaqonun meri Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar proklamasiya imzalayıb
22.10.2018
Parisdə Azərbaycan kənd təsərrüfatı naziri fransalı həmkarı ilə görüşüb
21.10.2018
Misir mətbuatı Azərbaycanın Fələstin xalqına yardım etməsindən yazır
21.10.2018
Türkiyənin Kayseri şəhərində Xocalı parkının və Xocalı şəhidləri abidəsinin açılışı olub
21.10.2018
Kayseridə Heydər Əliyev adına tələbə yataqxanası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10297

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info