“Bakı-Tbilisi-Qars, TAP və TANAP kimi iri layihələr ölkəmizin beynəlxalq arenada nüfuzunu xeyli artırıb”
Tarix: 24.07.2018 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


“Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri və keçirilən çoxsaylı görüşlər iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. A.Hüseynov bildirib ki, xüsusən səfər çərçivəsində Fransanın qeyri-neft sektorunda çalışan iri şirkət rəhbərlərinin Prezident İlham Əliyevlə görüşdə fəallıq göstərmələri Azərbaycanın qeyri-neft sekoruna böyük marağın olmasının göstəricisidir: “Eyni zamanda bu onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş və investisiya qoyuluşu üçün sabit və güvənli ölkə kimi qəbul olunur. Səfər çərçivəsində həmin şirkətlərlə imzalanmış dəyəri iki milyard dollardan artıq olan razılaşmalar, əlbəttə ki, Azərbaycana investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sazişlər Azərbaycanda yeni iş yerlərinin açılmasına, ümumdaxili məhsulun artmasına, əhalinin rifahının yaxşılaşmasına xidmət edəcək”.
Deputat vurğulayıb ki, Fransa şirkətlərinin Azərbaycana bu qədər maraq göstərməsi Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasətin nəticəsidir: “Birincisi, bu gün Azərbaycanda siyasi sabitlik hökm sürür, əlverişli biznes mühiti yaradılıb. Eyni zamanda, Azərbaycanın dünya üçün mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TAP və TANAP qaz boru kəmərləri kimi iri layihələr həyata keçirməsi ölkəmizin beynəlxalq arenada nüfuzunu xeyli artırıb. Bunun nəticəsi olaraq qeyri-neft sektorunda çalışan şirkətlər də Azərbaycana investisiya qoymağa maraq göstərirlər”.
Onun fikrincə, iqtisadi sahədə əməkdaşlığın genişlənməsi, əlbəttə ki, Azərbaycanla Fransa arasında mədəni, sosial və digər sahələrdə də münasibətlərin dərinləşməsinə öz töhfəsini verəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin 19-20 iyul tarixlərində Parisə səfəri çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər aparılıb, Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Suriya ordusu Hələbin şimalında 4 terrorçunu zərərsizləşdirib
25.05.2019
Dağıstanda 4,5 bal gücündə zəlzələ olub
25.05.2019
Türkiyədə 4 terrorçu zərərsizləşdirilib
25.05.2019
Çili mətbuatında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş məqalə yayımlanıb
25.05.2019
“Ruh, ruh” - “YARAT”da açılan növbəti sərgi belə adlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info