“Irates“: “Ermənistan rəsmilərini ABŞ və Kanadada ən aşağı səviyyədə qarşılayıblar”
Tarix: 24.07.2018 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


“Bu adamlar küçə döyüşləri üzrə ixtisaslaşıblar, artıq dəyişmək iqtidarında deyillər”

«Bu gün Paşinyanın həm "koalisiyon hökuməti" üzvləri ilə ,həm də digər siyasi qüvvələrlə problemləri var. Hər keçən gün hakimiyyət piramidasının başında olan insanların yalnız küçə döyüşündə "ixtisaslaşmış" biriləri olduğunu daha aydın sübut edir. Göründüyü kimi, onlar artıq dəyişmək iqtidarında deyillər. Yəni buna cəhd etsələr belə, dəyişə bilməzlər. Bu isə hələ tam formalaşmayan hakimiyyət piramidasının artıq dağılması deməkdir». Bu barədə elə ermənilərin özlərinin «İrates» nəşrinə istinad edən «News.am» saytı yazır: «Artıq Paşinyan «hakimiyyətindəki» çatlar təkcə daxili deyil, həm də xarici siyasət sahəsində özünü göstərməkdədir. Özü də, belə görünür ki, bu çatlar çox güclüdür. Burada söhbət ilk olaraq Rusiya ilə bağlıdır. Məsələ bundadır ki, bu gün Rusiyada yeni Ermənistan səlahiyyətlilərinin anlaşılmaz bir hibrid olması ilə bağlı söhbətlər dolaşmaqdadır. Hətta yaxın gələcəkdə Moskva ilə İrəvanın «yanlış anlama» nəticəsində «toqquşma» ehtimalı da istisna deyil. Bu daha çox, Panikdə yaşanan hadisə ilə əlaqədar son mətbuat konfransında Baş nazir tərəfindən dilə gətirilən fikirlər kontekstində özünü göstərdi».

«Paşinyanın komandası daxildən parçalanır»

Baş nazir Paşiyanın Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Peter Svitalskiyə yarınmağına diqqət çəkən nəşr belə «münasibətlərin» ölkə üçün o qədər də önəm kəsb etmədiyini bildirir. Nəşr nümunə üçün Kanada və ABŞ-a iki baş nazir müavininin "turlar"ını göstərir. Həmin ölkələrdəki rəsmilərin qarşılanması ən aşağı səviyyədə baş tutub. Sonda isə görüşlər heç bir investisiya paketlərinin olmaması ilə nəticələnib: «Bu gün Ermənistan özünü xüsusi bir beynəlxalq vəziyyətdə tapıb. Bu vəziyyətdə ölkənin olduqca "maraqlı" bir ssenariyə hazır olduğunu demək çətindir. Ancaq yeni erməni səlahiyyətlilərinin ifadələri, xüsusilə Paşinyanın daxili və xarici problemlərin bu günkü dəhşətli qarışıqlığında yalnız tək oynamağa qərar verməsi çoxsayülı şübhələr doğurur. Bir daha xatırlatmağa dəyər ki, Paşinyan, artıq qısa zəmən kəsiyində siyasi qüvvələrlə, o cümlədən "koalisyon hökuməti" üzvləri ilə problemlər yaşamaqdadır.
Bu gün Ermənistandakı problemlər çoxsaylıdır. Onların bir çoxu Paşinyan və onun komandası daxilindədir ki, bu da komanda içərisində artıq böyük bir «mübarizə»yə vüsət verib. Bu «mübarizə»nin mərkəzində isə hələ ki, Daniel Ioannisyan dayüanır. (Xatırladaq ki, Daniel Ioannisyan "İnformasiya vətəndaşları birliyi" ictimai təşkilatının rəhbəridir).
Qalanlarsa, «döyüşü» hələ ki «xalça altında» aparırlar . Tək qalan Paşinyanın isə belə görünür ki, mətbuata qarşı da problemləri var. Əgər belə olmasaydı, o, tanınmış media liderlərinin bəyanatına reaksiya göstərərdi».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
06.08.2018
Vaaqn Xaçatryan: “Heç bir ölkə Ermənistana kredit vermək niyyətində deyil”
04.08.2018
Ermənistanda pensiyaların artımı gözlənilmir
30.07.2018
“Standard & Poor’s“: “Azərbaycan iqtisadiyyatı 2021-ci ilə qədər 3 faiz artacaq”
24.07.2018
“Azərbaycandan Amerikaya qayıtdıqdan sonra mən də insanlara yardım etməyə çalışıram”
12.07.2018
Valeri Balayan: “ Bizi bundan da ağır günlər gözləyir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9889

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info