Biləsuvarda əhali pambıqçılıqdan 15 milyon manata yaxın gəlir əldə edib
Tarix: 25.07.2018 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Məhsulun becərilməsi və toplanması dövründə 20 minə yaxın insanın məşğulluğu təmin olunub
Prezidentin rəhbərliyi ilə 26 mart 2018-ci il tarixdə Bərdə rayonunda keçirilən pambıqçılığın inkişafına dair müşavirədə dövlət başçısı bu sahənin ölkəmizin inkişafı üçün çox önəmli bir sahə olduğunu qeyd edərək, respublikamızda pambıqçılığın daha da inkişaf etdirilməsini, məhsuldarlığın artırılmasını qarşımıza konkret vəzifə olaraq qoyub. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda pambıqçılığın qədim ənənələri var. Pambıqçılığın ən surətli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olub, onun təşəbbüsü və rəhbərliyi ilə ölkədə pambıq istehsalı 800 min-1 milyon tona qədər gəlib çatıb. Respublikamız müstəqilik qazandıqdan sonra ölkənin kifayət qədər maliyyə imkanlarının olmaması bu sahədə də müəyyən geriləmələrə səbəb olub, nəticədə pambıq əkini sahələri azalıb. 2016-cı ildən başlayaraq pambıqçılığın inkişafına diqqətin artırılması və 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramının qəbul edilməsi nəticəsində iki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatıb. Bu sahəyə böyük həcmdə investisiya yatırılmasının məntiqi nəticəsi olaraq çoxlu sayda müasir texnikalar alınıb, min tonlarla gübrə və dərman preparatları gətirilib, əkin sahələrinin melorasiya və suvarılmasında iri layihələrin həyata keçirilməsinə başlanılıb. Ölkəmizdə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı Biləsuvar rayonunda da torpaq sahiblərinin bu sahəyə marağını ildən-ilə artırır. Təkcə 2017-ci ildə 11351.8 hektar sahədə pambıq əkini aparılıb və 24762.0 ton məhsul toplanıb ki, bu da 2016-cı illə müqayisədə həm əkin sahələrinin genişləndirilməsində, həm də məhsuldarlıqda 2 dəfədən çox artım deməkdir. Məhsulun becərilməsi və toplanması dövründə 20 minə yaxın insanın məşğulluğu təmin olunub, əhali 15 milyon manata yaxın gəlir əldə edib. 2018-ci ildə də rayonda pambıq əkinlərini daha da genişləndirməklə 12 min hektarda pambıq əkilib ki, bunun da 3440.8 hektarı ”MKT İK” MMC, 3682.5 hektarı “Azərpambıq” MMC, 1310.2 hektarı rayon Kənd Təsərrüfatı idarəsinin nəzdində yaradılmış MMC və 3566.5 hektarı isə fərdi mülkiyyətçilər tərəfindən həyata keçirilib. Pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Mülkiyyətçilərimiz bu ildə də sahələrdən yüksək məhsuldarlıq əldə etmək üçün var qüvvələri ilə çalışaraq hər bir aqrotexniki işləri vaxtında və keyfiyyətlə aparırlar. Sahələrdə kultivasiya işləri aparılır, bitkiyə azot gübrəsi verilir. Hazırda sovkaya və digər zərərvericilərə qarşı dərmanlama tədbirləri davam etdirilir. Əkilən sahələrdə ikinci suvarma suyunun verilməsi başa çatmaq üzrədir. Məhsulun becərilməsində qarşıya çıxan problemlər vaxtında həll edilməklə, mülkiyyətçiləri narahat edən məsələlər təcili aradan qaldırılır.
Aqrotexniki işlərin aparılmasını daha da yaxşılaşdırmaq məqsədilə bu il “Aqrolizinq” ASC-nin Biləsuvar rayon “Aqroservis”inə əlavə olaraq 9 ədəd MTZ-1221 becərmə traktoru, 6 ədəd ağır diskli mala, 2 ədəd rotorlu mala, 9 ədəd kotan, 1 ədəd müxaniki çiyid səpən və 7 ədəd qoşqu lafeti verilib. Ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonda yaradılmış “Yaşıl ada” Aqroparkında ötən dövr ərzində bir sıra işlər görülərək 6 km uzunluğunda çınqıl örtüklü yol çəkilib və 5 ədəd kənd təsərrüfatı texnikası alınıb. Hazırda 6,5 km beton kanalın çəkilişi işləri aparılır. Bu il Aqroparkda 519.5 hektar sahədə pambıq əkilib. Sahələrə aqrotexniki qulluq göstərilir. Biləsuvarlı “ağ qızıl” ustaları əvvəlki illərdə olduğu kimi, bu təsərrüfat ilində də pambıq sahələrindən yüksək məhsuldarlıq əldə etməyi qarşılarına məqsəd qoyaraq, strateji məhsulun tədarükündə respublikanın qabaqcılları sırasında durmağı hədəfləyirlər.
Anar




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
Ermənilər Laçının neçə kəndini boşaldıb?
27.11.2020
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yaralı hərbçilərlə görüşüb
27.11.2020
Azərbaycanda 3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib
27.11.2020
Ata şəhid oğlunu qurbanla qarşıladı
26.11.2020
Azərbaycanda 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info