Kvant şəbəkəsi üçün ideal material kəşf edilib
Tarix: 25.07.2018 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


İsveçrənin Cenevrə Universitetinin tədqiqatçıları Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıqda tərkibində itterbium elementinin olduğu yeni material kəşf ediblər. Element həssas informasiyanı hətta yüksək tezliklərdə iş zamanı saxlaya bilir. Bu fakt itterbiumu siqnalın böyük məsafələrə yayılmasını tələb edən gələcək kvant şəbəkələr üçün ideal namizədə çevirir.
"ICTnews" Elektron Xəbər Xidməti yazır ki, bu gün kvant kriptoqrafiyası optik lifdən istifadə edir və yüksək təhlükəsizlik dərəcəsi ilə xarakterizə olunur: informasiyanı ləğv etməyə məcbur etmədən onun surətini çıxarmaq və ya ələ keçirmək qeyri-mümkündür. Lakin siqnalın surətinin çıxarılmasının mümkün olmaması da alimlərə onu "Wi-Fi" şəbəkəsi kimi böyük məsafələrə yaymaq üçün gücləndirməyə mane olur. Siqnalı ləğv etmədən onun surətinin çıxarılması və ya gücləndirilməsi imkanının olmaması səbəbindən alimlər hazırda siqnalı təkrarlayaraq fotonları ələ keçirən və onları daha geniş yayılma üçün sinxronlaşdıran kvant xatirələrin yaradılması üzərində çalışırlar.
Bildirilir ki, fiziklər kvant retranslyatorların yaradılması üçün ideal materiala ehtiyac duyduqlarına görə onlar nadir-torpaq elementi olan itterbiuma müraciət ediblər. Hazırda itterbium əsasında kvant xatirələrin yaradılması prosesi davam etdirilir. Tədqiqatçılar ondan bir retranslyatordan digərinə tez keçməklə lazımi sinxronlaşdırmanın təmini məqsədilə fotonu daha çox müddətə saxlamaq üçün istifadə edirlər. Ekspertlərin sözlərinə görə, material qlobal kvant şəbəkəsinin və kvant yaddaşın yaradılması üçün yeni imkanlar sahəsi açır.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
İtaliyada baş məşqçi qələbəyə görə qovuldu
17.11.2019
Benzin tarixə qovuşur?
17.11.2019
Türk serialları ölkəyə nə qədər gəlir gətirib?
17.11.2019
Saqqızı 1 dəqiqədən çox çeynəməyin, yoxsa...
16.11.2019
Moskvada Şaxta babanın ad günü qeyd olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info